“Milçək hər yerdə zibil axtarır…”
“Bir aydınlıq gətirim bəzi səviyyəsiz cahil insanlara… İnsan olduğunuza heyiflər olsun. Sizi dünyaya gətirəndə ananız əziyyət çəkib”.
“Yalnız bədbəxt insanlar başqalarını təhqir etməklə özlərində təsəlli tapırlar. İnsan boş yerə nifrət və paxıllıq hissi duya bilməz. Özündə olmayanı başqasında görüb, bəyənib, sevəndə yaranır o hisslər… Sevmədiyi, bəyənmədiyi heç nəyə paxıllıq etmir insan.
Başqaları haqqında danışdıqları başqalarını yox, yalnız özlərini əks etdirir. Əgər kiməsə əxlaqsız deyirsə, özü əxlaqsız olduğuna görə başqalarını da elə görmək istəyir. Ən böyük əxlaqsızlıq isə başqasının əxlaqında nöqsan axtarmaqdır. Əlbəttə ki, ağlı olan kəs özünə və ailəsinə dəyər verər və necə tərbiyəsiz olduğunu nümayiş etdirməz.
Arı təbiətə baxanda ancaq gül-çiçək görür… Çünki ona o lazımdır. Milçək isə hər yerdə zibil axtarır, çünki yalnız natəmiz yerə qonur. İnsanlar da belədirlər”.