Mişustinin Baş Nazir postuna namizədliyinə baxılacaq
Bu gün Moskva vaxtı ilə saat 14.00-da Rusiya Dövlət Dumasında Baş Nazir postuna Mixail Mişustinin namizədliyinə baxılacaq.
Rakus.az xəbər verir ki, artıq Dumanın “Vahid Rusiya” fraksiyası ilə M. Mişustinin görüşü keçirilib.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin və hökumət sədri postuna namizəd M. Mişustin “Vahid Rusiya” fraksiyasından olan deputatlarla, habelə Liberal Demokrat Partiyası fraksiyası ilə də görüşüblər. Rusiya Dövlət Dumasının “Vahid Rusiya” fraksiyası Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Baş Nazir vəzifəsinə namizədliyini dəstəkləyib.
Jurnalistlərə açıqlama verən M. Mişustin Baş Nazir vəzifəsində çalışmağa hazır olduğunu bildirib.
Xatırladaq ki, M. Mişustin Dumada təmsil olunan bütün fraksiyalarla görüşündən sonra Rusiya parlamentinin aşağı palatası onun hökumət sədri vəzifəsinə namizədliyinə baxacaq.
Xatırladaq ki, ötən gün Rusiya hökuməti istefa verib.