Super model Heidi Klumun ABŞ-da məşhur verilişin çəkilişləri üçün seçdiyi geyim onu pis vəziyyətdə qoyub.
Rakus.az xəbər verir ki, 46 yaşlı ulduzun “Amazon Prime” platformasında nümayiş olunan “Making the Cut” dizayn şousunun finalında iştirakı səbirsizliklə gözlənilirdi. Bir çoxlarını uzun illər “stil ikonası” sayılan Heidinin obrazı maraqlandırırdı.
Lakin bu dəfə Klumun seçdiyi dərin dekolteli mini geyim pərəstişkarlar tərəfindən birmənalı qarşılanmayıb. Onlar paltarın həddindən artıq açıq-saçıq olduğunu vurğulayıblar.
“Heidinin final geyimi son zəngə hazırlaşarkən həddini aşan qızların paltarını xatırladırdı. Bəlkə Klum paltarı tərsinə geyinib”, – deyə tamaşaçılar bildiriblər.
Bununla belə modelin xarici görünüşünü bəyənənlər də tapılıb.