Hadisə 16.06.2019 20:24

Moqadişuda partlayışda 10 insan öldü

Moqadişuda izdihamlı bir küçədə şənbə günü maşın bombasının partlaması nəticəsində azı 10 nəfər ölüb, 23 nəfər yaralanıb.

Rakus.az xəbər verir ki, bu barədə hadisənin şahidləri və tibbi xidmət işçiləri xəbər verib.

Maşın bombası Maka əl-Mukarama küçəsində parlament binasına yaxın yerdə təhlükəsizlik qüvvələri maşını saxlayıb, yoxlama aparmaq istəyəndə partlayıb. Militant qrup Əl-Şəbəb hücumun məsuliyyətini üzərinə götürüb.

“Maşın xəbərdarlıq siqnallarına əhəmiyyət vermədi və biz onu güllə atəşinə tutmağa davam edərkən o, ölkə prezidentinin mühafizəçiləri tərəfindən qorunan nəzarət-buraxılış məntəqəsinə doğru irəlilədi”, təhlükəsizlik rəsmisi Aden Məhəmməd hücumdan sonra bildirib.

Amerikanın Səsinin müxbiri azı yeddi nəfərin cəsədini görüb və bir çoxlarının təcili tibbi yardım maşınlarında xəstəxanalara aparıldığına şahid olub. Xəstəxanalar azı üç nəfərin aldıqları xəsarətlər nəticəsində öldüklərini təsdiq edib.

O deyib ki, partlayış nəticəsində ətraf binalar ya dağılıb ya da ciddi zərər görüb.

Bundan əlavə Moqadişu hava limanı yaxınlığında da maşın bombası partlayıb. Hava limanının təhlükəsizlik rəsmiləri deyib ki, hava limanındakı nəzarət-buraxılış məntəqəsindəki əsgərlər bomba partlamadan öncə maşını saxlayıb və sürücünü maşından endirib.

Somalinin mərkəzində yerləşən Qalkakyo şəhərində silahlı şəxslər Somali Milli Təhlükəsizlik rəsmisinin öldürülməsinə cavab tədbiri olaraq doqquz vətəndaşı güllələyib.

Rəsminin qətlinin məsuliyyətini Əl-Şəbab üzərinə götürüb.

İnsident Qalkakyoda və Somalinin cənubunda Baidoa şəhərində qəzəbə səbəb olub.

“Günahsız mülki vətəndaşların heç bir əlaqələri olmayan hadisələrə görə hədəf alınması qeyri-insani, qəbuledilməz və qəddardır” – deyə, Cənub-Qərbi Regional Ştatın prezidenti Əbdül Əziz Laftaqarin bildirib.

O, Qalmuduq Regional Ştatından şübhəliləri dərhal məsuliyyətə cəlb etməyi tələb edib.

Əl-Şəbab artıq on ildən çoxdur höküməti devirmək üçün döyüşür. Silahlı qrup 2011-ci ildə bir zamanlar nəzarət etdiyi mövqelərindən imtina edib və o zamandan bəri bir çox istinadgahını itirib. Lakin qrup ölkənin kənd ərazilərinin böyük hissəsinə nəzarət edir və Qərbin dəstəklədiyi Somali hökümətinə qarşı silahlı qiyam aparır.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO