Dünya 18.07.2020 17:48

Moskvadakı ziyalılar erməni təxribatını lənətlədilər – BƏYANAT

Rusiyada yaşayan azərbaycanlı ziyalılar Ermənistanın sərhədin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatla bağlı etiraz bəyanatı yayıblar. 

Rakus.az xəbər verir ki, Rusiya və Azərbaycan alimi, ictimai xadim, akademik Fazil Qurbanov başda olmaqla 30-dan çox həmvətənimiz tərəfindən imzalanmış bəyanatda Azərbaycanın Tovuz rayonunda sərhəddə baş vermiş insidentlə əlaqədar narahatlıq ifadə edilir.

Bəyanatda deyilir:

“İnsident nəticəsində onsuz da amanabənd olan atəşkəs Ermənistan rəhbərliyində məxməri inqilab nəticəsində hakimiyyətə gəlmiş bir qrup amerikapərəst şəxsin uzaqgörməzliyi və məsuliyyətsizliyi nəticəsində tammiqyaslı hərbi münaqişənin bir addımlığına çatıb”.

İyulun 12-dən Azərbaycan ilə Ermənistan sərhədində artilleriya və digər ağır hərbi texnikadan istifadə edilməklə gedən döyüşlər, hər iki tərəfdən həm hərbçilər, həm də dinc sakinlər arasında insan tələfatı olması, real vəziyyətin KİV-lərdə təhrif olunması, aşkar hərbi provokasiyanın subyektiv qiymətləndirilməsi, “qırğı”ların başlıca məqsədi – Rusiya, Türkiyə və digər regional ölkələri, xüsusən KTMT-ni bu münaqişəyə cəlb etmək niyyəti Azərbaycan ziyalılarını narahat edir, çünki insident beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınmış Dağlıq Qarabağdan uzaqda baş verib. Sənəddə qeyd edilir ki, “qırğı”ların niyyəti KTMT-yə üzv ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Azərbaycanı bu təşkilatın üzvləri olan dövlətlərlə üzbəüz qoymaqdır, halbuki Azərbaycanın həmin ölkələrlə sırf iqtisadi əlaqələri və səmimi dostluq münasibətləri var.

Rusiyada yaşayan Azərbaycan ziyalılarının fikrincə, C.Soros Fondunun tapşırıqlarını yerinə yetirən ABŞ-ın əlaltıları, həmçinin ABŞ-ın Ermənistandakı səfirliyinin nəhəng ştatı dünyanı və region ölkələrini müharibəyə sürükləmək üçün əllərindən gələni etməyə çalışırlar.

Bəyanatda vurğulanır:

“Biz rusiyalılar olmaqla, bu provokasiyanın bütün mahiyyətini sayıb qiymətləndirən Rusiya Federasiyasının ali rəhbərliyinin ölçülüb-biçilmiş siyasətini bəyənir və hərtərəfli dəstəkləyirik. Biz bütün fəaliyyətini Azərbaycanın qabaqcıl ölkəyə çevrilməsinə və onun ərazi bütövlüyünün, suverenliyinin qorunub saxlanmasına həsr etmiş, Ermənistan rəhbərliyinin bütün beynəlxalq səviyyələrdə görünməmiş hərəkətlərinə və fikirlərinə layiqli cavab verən Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin xarici siyasət kursunu bütünlüklə dəstəkləyir və bəyənirik”.

Bəyanatda qeyd edilir ki, 30 ilə yaxındır Azərbaycan bütün problemləri dinc danışıqlar yolu ilə həll etmək əzmində olduğunu göstərir, Azərbaycan ərazilərinin 20 faizdən çox hissəsini işğal altında saxlayan Ermənistan haqqında isə bunu demək olmaz. Lakin danışıqlar əbədi davam edə bilməz! ATƏT-in Minsk qrupu konkret konstruktiv təkliflər verməli və qəti hərəkət etməlidir.

Bəyanatı imzalayanlar Rusiyanın və dünyanın mütərəqqi ictimaiyyətini Ermənistanın ali rəhbərliyi tərəfindən həyata keçirilən, həm regionun ölkələri və xalqları, həm də bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxara biləcək təhlükəli siyasəti qətiyyətlə pisləməyə çağırıblar.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS