Hərbi 13.04.2021 11:44

Mübariz İbrahimovun adı Dənizlidə əbədiləşdirildi - FOTO

Türkiyənin Dənizli şəhərinin Çameli rayonunda yerləşən orta məktəbdə yeni yaradılan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan texniki kodlama və robotlaşdırma üzrə emalatxananın rəsmi açılış mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, “Report”un Türkiyə bürosunun məlumatına görə, M.İbrahimovun adının bu təhsil müəssisəsində əbədiləşdirilməsi Çameli icra başçısı Kerem Yenigünün təşəbbüsü ilə baş tutub.

Bu münasibətlə məktəbdə keçirilən mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, Çameli icra başçısı Kerem Yenigün, bələdiyyə sədri Cengiz Arslan, rayonun təhsil şöbəsinin rəhbəri, məktəbin və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən K.Yenigün Mübariz İbrahimovun şəhidlik zirvəsinə yüksəldiyində hələ tələbə olduğunu bildirib. Qeyd edilib ki, o zamanlar Mübariz İbrahimov onunla yanaşı bütün tələbə yoldaşları üçün əlçatmaz bir ideala, ancaq nağıllarda görülə biləcək qəhrəmana çevrilib. Uzun illər Milli Qəhrəmanımızın adının məhz doğma şəhərlərində yaşatmaq üçün nə isə edə bilmək arzusu ilə yaşadığını deyən icra nümayəndəsi bu arzusuna çatdığı və gələcək nəsillərə bu cür qəhrəmanı tanıtmaq imkanı əldə etdiyi üçün çox xoşbəxt olduğunu bildirib.

Bu cür mərasimin məhz Aprel döyüşlərinin ildönümü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan səfir emalatxananın yaradılmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsi əsirlərdən gələn Azərbaycan-Türkiyə qardaşlığının gələcək nəsillərə çatdırılması baxımından çox vacibdir.

Tədbirdə Milli Qəhrəmanımızın doğulduğu Biləsuvar rayonu ilə Dənizli vilayətinin, eləcə də Mübariz İbrahimovun təhsil aldığı orta məktəblə Çamelində yerləşən bu təhsil müəssisəsinin qardaşlaşması təklifi irəli sürülüb. Bundan əlavə, mərasimdə səfirlik tərəfindən tədbirin təşkilində əməyi keçənlərə Azərbaycan-Türkiyə qardaşlığını özündə əks etdirən xüsusi simvolik tablolar və bu məktəbdə təhsil alan aztəminatlı ailələrin uşaqlarına tablet-kompüterlər hədiyyə edilib.

Məktəbin nəzdində Milli Qəhrəmanımızın adına yaradılan otaqda Mübariz İbrahimovun qəhrəmanlığı və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən fotoşəkillər və divar rəsmləri yerləşdirilib.

Natiq Çıraqzadə

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO