skip to Main Content
Şou 26.05.2019 01:12

Mübariz Tağıyev: “Niyam adlı müğənni tanımıram” – QALMAQAL

Müğənni Niyam Salaminin “Yenu ulduz” ifaçılarını “çör-çöp” adlandırması ətrafında qalmaqal səngimək bilmir.

Rakus.az xəbər verir ki, bu dəfə yarışmada münsif kürsüsündə oturan Xalq artisti Mübariz Tağıyev və “Soy” prodakşının və layihənin rəhbəri Oqtay Əliyev məsələyə fikir bildirib.

O.Əliyev saytımıza açıqlamasında “Yeni ulduz” iştirakçılarının Azərbaycan estradasındakı rolundan bəhs edib:

“Onun sözlərinin iki mənası var: əgər Niyam bunu qara, pis, atmaca, sancma fikri ilə desəydi, münasibət başqa olardı. Niyam burada bənzətmə edib. Əslində, şou-biznesi, insanları əşyaya bənzətmək düz deyil. Yenə də ümid edirəm ki, onun çörək kəsdiyi, münasibəti olduğu insanlara qarşı fikri pis olmayıb.

Amma həmin o, “çör-çöp”lər Azərbaycan estrada janrında öz sözünü demiş, dünya səhnələrini fəth etmiş gənclərdir. Safura, Aysel, Çingiz, İlhamə, Elvin, Azad Şabanov və başqaları tanınır. Bunların heç biri küncdə, bucaqda, səviyyəsiz, mənasız mahnılar oxuyub, çıxıb onla-bunla qalmaqal edənlər deyil. Onlar qısa vaxt da olsa, bir məktəb keçdilər. Həmin ifaçılar bu məktəbin əlaçı tələbələridir.

Hamımız da ümidvarıq ki, gələcək onların əlindədir. Dedikləri “çör-çöp”lər Azərbaycan estradasında balaca da olsa, imza qoyacaqlar”.

M.Tağıyev isə Niyam adlı bir müğənni tanımadığını deyib:

“O, kimdir? Tanımıram… “Çör-çöp” sözünə gəldikdə isə… Onlar məktəb keçiblər, mötəbər müsabiqələrə qatılıblar. Nələr etdiklərini hamı bilir. Kiməsə “çör-çöp” deməzdən əvvəl, həmin müğənni özü gedib nəsə etsin, tanınsın, yadda qalsın. Bu cür insanların sözlərinə fikir vermək lazım deyil”.

Qeyd edək ki, Niyamın “çör-çöp” ifadəsinə müğənnilər İlhamə Qasımova, Aygün İsmayılova, Elvin Abdullayev, Aysel Əlizadə öz etirazını bildirmişdi. N.Salami isə onları özlərini reklam etməkdə ittiham etmişdi.

“Yeni ulduz” yenidən başlayır?
“Yeni ulduz” yenidən başlayır?
Bir neçə həftə öncə ATV-nin Bədii Şurasının iclası zamanı Xalq artisti Murad Dadaşovun paylaşdığı “Qarşıdakı planlarımız” adlı fotoda “Yeni ulduz” qeydi diqqət çəkmişdi.

Bu gün isə Xalq artisti Faiq Ağayev Lent.az-ın canlı yayımında musiqi yarışmasının bərpa olunacağı haqda məlumat verib.

Məsələ ilə bağlı Axşam.az-a “SOY Production”ın direktoru və “Yeni ulduz” layihəsini rəhbəri Oqtay Əliyev danışıb.

O söyləyib ki, müsabiqənin yenidən start götürməsi barədə məlumatı yoxdur:

“Bundan xəbərimiz yoxdur, həmin proyekt bizim olduğu üçün birinci biz bilməliyik. Ola bilər ki, “Yeni ulduz”un bərpa olunması Faiq Ağayevin arzusudur. Müsbət bir istəkdir, oturub danışmaq lazımdır. Əsas layihənin maddi tərəfidir. Onları həll etmək lazımdır. Artıq dövr dəyişib, yarışmanın studiyasını müasir tərzdə düzəltmək, böyük ekranlar gətirmək lazımdır. Sadə bir iş ortaya çıxarmaq düzgün deyil. Keyfiyyətli iş üçün isə maliyyə mütləqdir. Əvvəlcə maliyyənin mənbəyini tapmaq lazımdır. Ondan sonra “Yeni ulduz”un bərpası barədə rahat danışmaq olar”.

Qeyd edək ki, “Yeni ulduz” mahnı müsabiqəsi ATV-də 10 mövsümdən çox davam edib. Hazırda məşhur olan Günay İbrahimli, Sevda Yahyayeva, Elvin Abdullayev, İlhamə Qasımova, Çingiz Mustafayev, Aysel Teymurzadə, Səfurə Əlizadə kimi ifaçılar yarışmanın yetirmələridir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO
Back To Top
×Close search
Axtar