“Müdafiə potensialı üçün 4,6 milyard manat ayrılıb” – nazir
“Ölkənin müdafiə potensilanın gücləndirilməsi qarşıda duran ən ümdə məsələdir”.
Onun sözlərinə görə, bununla bağlı dövlət büdcəsindən 4,6 milyard manata yaxın vəsait ayrılıb.
2020-ci il Azərbaycan tarxində müstəsna il kimi qalacaq
O deyib ki, 2020-ci il Azərbaycan tarxində müstəsna il kimi qalacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə son qoyub və torpaqlarımızı işğaldan azad edib”.
Nzirin fikrincə, Vətən torpaqlrında ərazilərimizin yenidən qurulması və vətəndaşlarımzın ora qaytarılması ən əsas məsələdir: “Qarabağ cənnət məkana çevriləcək. Prezidentin tapşırığı ilə bu məsələyə xüsusi önəm verilib. Həmin ərazilərdə müxtəlif infrastrukturun yaradılması üçün 2,2 milyard manat vəsait ayrılıb”.
Bu il sosial-iqtisadi cəhətdən digər ölkələr kimi Azərbaycan üçün də ağır il olub
S Şərifov deyib ki, 2020-ci il sosial-iqtisadi cəhətdən bütün dünya ölkələri kimi Azərbaycan üçün də ağır il olub:
“Hökumətin gördüyü nəticəsində 2020-ci ildə pandemiyanın insanlara təsirinin aradan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib”.