Muradın müsahibəsindəki kəlmələr tənqidlərə məruz qaldı - VİDEO
Xalq artisti Murad Dadaşovun “Neft sənin deyil, neft dövlətindir” ifadəsi artıq bir neçə gündür sosial şəbəkədə tənqidlərə məruz qalıb.
Rakus.az xəbər verir ki, şoumenin müğənni-bəstəkar Murad Arifin “Popumuz var” layihəsində söylədiyi ifadə birmənalı qarşılanmayıb və qınanılıb.
Dadaşovun bir cümləyə görə söyüldüyünü vurğulayan Murad məsələyə münasibət bildirib. O, paylaşımında bunları qeyd edib:
“Verilişə baxmadan, bir fraqment üzərində rəy quranlar üçün proqram “Youtube”dadır. Aşağıda yazdıqlarımı yoxlamaq olar:
Adam kapitalizm və sosializm dəyərlərinin fərqindən danışırdı. Murad deməyib ki, “Xalqın deyil”. Murad müsahibədə deyir ki, “sən” yatırsan, “filankəs” yatmır, işləyir, qazanır. “Sən” nə etmisən? “Sənin deyil” dedikdə, xalqı demir, öncə bəhs etdiyi “işləməyən, tüfeyli bir adamı”, həmin “sən”i nəzərdə tutur. Bu, kapitalizmdır, deyir. Dövlət xalq deyilmi? Nəzəri olaraq, xalqa xidmət edən qurum deyilmi? Heç bu söhbətdə neftçilərdən, zəhmətkeşlərdən danışılırmı?
Murad müsahibələrində məmur özbaşıbalığını, korrupsiyanı, insanlarla əlaqənin olmamasını, adamların küsdürülməsini, incidilməsini, qapalı, konservativ medianı da yetərincə tənqid edən adamdır. Ayrı vaxt #bulling sözü avatarınızdan düşmür. İndi bir cümləni, bütün müsahibədən qoparıb, adamı söyüş mənbəyinə çevirməyiniz nədir?
Təbii sərvətlər xalqa məxsus. Dövləti də xalqdan ayırmaq olmaz. Dövlət xalqındır”. (axşam.az)