Müslüm Gürsəsi xanımı öldürüb – İDDİA
Özəl bir kanalda yayımlanan proqrama qonaq olan müğənni-aktyor Yunus Bülbül 2013-cü ildə vəfat edən Müslüm Gürsəsin həyat yoldaşı Muhterem Nur tərəfindən öldürdüyünü iddia edib.
Rakus.az xəbər verir ki, Bülbülün sözlərinə ilk reaksiyanı verilişin aparıcısı verib.
Yunus Gürsəs-Nur sevgisinin dərinliyindən danışılarkən “İlk dəfə bunu açıqlayıram. Müslüm Gürsəsi öldürən də Muhterem Nurdur” söyləyib.
Proqam aparıcısı Fahriye Özay “Xahiş edirəm, belə danışmayın. Bunları danışmayaq” deyərək, reaksiya verib.
Bülbül sözlərinə “Boş verin. Biz Müslüm Baba ölməzdən əvvəl Londona getdik. Oradan evə qayıtdıq. Halı pis idi. Nurdan ona nə olduğunu soruşdum. Həkimlər səhhətində heç bir problem olmadığını dedi. And içirəm, sağlam idi” əlavə edib.
Müslüm Gürsəs pərəstişkarları müğənnini tənqid atəşinə tutublar.