Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi, Türkiyə parlamentində təmsil olunan dörd partiyanın təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Rakus.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 2 şəhər, 1 qəsəbə və 71 kəndi işğaldan azad etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan üçün bu çox mürəkkəb bir dövrdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütün rəhbərliyi, türk xalqı Azərbaycanın yanında oldu. Baş nazir göstərilən dsətəyə görə öz adından və hökumət adında minnətdarlığını bildirib.
Baş Nazir Əli Əsədov ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 33 % artdığını, bu ilin səkkiz ayı ərzində isə pandemiyaya baxmayaraq artımın 8 % olduğunu vurğulayıb.
Baş Nazir Türkiyə ilə Azərbaycanın həyata keçirdikləri birgə enerji layihələrini uğurla davam etdirildiyini qeyd edib, Qara dənizdə qaz ehtiyatlarının kəşfi ilə əlaqədar təbriklərini çatdırıb.
Qeyd olunub ki, qarşılıqlı investisiyaların həcmi artmaqdadır.
Baş Nazir Əli Əsədov Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin və Türkiyə-Naxçıvan qaz xəttinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Baş nazir pandemiyaya dövründə Türkiyə və Azərbaycanın səhiyyə işçilərinin səmərəli fəaliyyəti qeyd edilib.
Baş Nazir Azərbaycan Prezidentinin Türkiyə televiziyalarına müsahibələrinin bütün dünyada diqqətlə izləndiyini və Türkiyə televiziyalarının Azərbaycanın ədalətli müharibəsi ilə bağlı doğru xəbərləri işıqlandırdığını diqqətə çatdırdı.
TBMM-in sədri Mustafa Şentop Azərbaycan və Türkiyə rəhbərlərinin ilk səfərlərini bir-birinin ölkələrinə etmələrini bir ənənə olduğunu qeyd edərək özünün də Məclis sədri seçildikdən sonar ilk səfərini Azərbaycana etdiyini vurğuladı.
TBMM-in sədri bu səfərlərinin Azərbaycanın haqlı mübarizəsinə dəstək səfəri olduğunu deyərək Azərbaycanı bütün şərtlər daxilində müdafiə etdiklərini bəyan edib.
Mustafa Şentop Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumlarını pisləyib və qeyd edib ki, hücuma məruz qalan Gəncə şəhərinə getməyi planlaşdırır.
TBMM-in İnsan haqları komitəsinin altkomitəsində Dağlıq Qarabağ da daxil olmaqla müharibə zonalarında insan haqlarının pozulması hallarınnı araşdırıldığı və Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işlətdiyi insanlıq əleyhinə cinayətlər barədə də məruzə hazırlanacağı qeyd olunub.
18:18
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycanın Baş Naziri Əli Əsədovla görüşüb.
Bu barədə məlumatı Türkiyənin Azərbaycandakı səfirliyi yayıb.
Bildirilib ki, görüş M.Şentopun Bakıya səfəri çərçivəsində baş tutub.