NATO-nun heyəti Hatay bölgəsində oldu - FOTO
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran ilə bilikdə ölkənin ən qaynar yerlərindən biri olan Hatay bölgəsinə gedib.
Rakus.az Hatay valiliyinin rəsmi saytına istinadla xəbər verir ki, NATO-nun baş katibinin rəhbərliyi ilə səfər etmiş Alyansın heyəti valilikdə, Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) regional idarəsində olub.
AFAD-ın regional idarəsində keçirilən toplantıda “Türkiyənin timsalında bölgədəki təhdidlər”, “Türkiyənin qarşılaşdığı qaçqınlar problemi”, həmçinin “Zeytun budağı” və “Fərat qalxanı” antiterror əməliyyatından sonra vətəndaşların öz yurdlarına qayıdışı məsələləri müzakirə olunub.
Xatırladaq ki, Hatay hazırda Türkiyəyə qarşı fəaliyyət göstərən terrorçu təşkilatların ən çox insident yaratdıqları bölgələrdən biridir.