Hərbi 11.06.2019 20:20

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi - FOTO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Rakus.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən verilən məlumaya görə, iyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş atışlı taktiki təlimi izləyiblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.

İdarəetmə məntəqəsində əməliyyat taktiki təlimin planı diqqətə çatdırılıb. Bildirilib ki, təlimin keçirilməsində məqsəd qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətini koordinasiya etməkdən ibarətdir. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib. Təlim zamanı şəxsi heyətlərin qidalanması və məişət şəraiti üçün də lazımi tədbirlər görülüb.

Naxçıvan Qarnizonu Qoşunlarının istifadəsində olan silah, texnika və döyüş maşınları ilə tanışlıqdan sonra təlimə start verilib.

Təlimin ssenarisinə əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taborundan ayrılmış taktiki hava desantı müdafiəmizin yaxın dərinliyində yerləşən yüksəklik istiqamətində irəliləyən düşməni məhv etmək üçün vertolyotdan əraziyə endirilib. Qrup tərəfindən düşmənin kəşfiyyat dozoru aşkarlanaraq məhv edilib. Tabora atəş dəstəyi üçün “D-44” topu vertolyotla yüksəkliyə çatdırılıb. Yaranmış şəraitdən məharətlə istifadə edən bölmələrimiz yüksəklikdə möhkəmlənərək, düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv edib, düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur olub.

Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı qrupları fəaliyyətə başlayıb. Həmlə qrupu ərazinin relyefindən və məhdudgörmə şəraitindən yararlanaraq düşmənin müdafiə mövqeyinə basqın edib. Əlahiddə Əməliyyat Briqadasının yüksək manevr qabiliyyətinə malik “KOBRA” tipli zirehli döyüş maşınları qrupa atəş dəstəyi veriblər.

Təlimin gedişində tank, “ZMA”, “Xrizantema-S”, “TOS-1A” və “ZU-23-2” tərkibində bölük taktiki qrupu mövqelərimiz arasındakı boşluqları tutaraq müdafiəni gücləndiriblər. Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya birləşmə və hissələri müdafiə olunan bölmələrin atəş dəstəyinə başlayıb, ən uzaq hüdudlarda düşmənin irəliləyən motoatıcı və tank bölmələrinə, atəş mövqeyində olan artilleriya və minaatan batareyalarına, hava hücumundan müdafiə vasitələrinə, komanda məntəqələrinə zərbələr endiriblər. “SU-25” hücum təyyarələri isə düşmənin irəliləyən bölmələrinin qarşısını aviabombalarla alıb.

Düşmənin hücum edən bölmələrinin tankları, zirehli texnikası və canlı qüvvəsi “T-90 S” tanklarının sərrast atəşi ilə zərərsizləşdirilib. “TOS-1A” yaylım atəşli ağır odsaçan sistemi düşmənin dayaq məntəqələrini tələfata uğradıb. Bu zaman həmləyə keçən düşmən tankları “Xrizantema-S” tank əleyhinə idarə olunan raket kompleksinin atəşi ilə məhv edilib. “OSA-1T”, “İqla-S” və “ZU-23-2” hava hücumundan müdafiə vasitələrinin atəşi ilə düşmən aviasiyasının hücumları dəf olunub. Tank, “PDM-2”, “ZMA”, minaatan, “AQS-30”, snayper və digər atıcı silahların atəşi ilə hücum edən düşmənin zirehli texnikası və canlı qüvvəsi məhv edilib, “Mİ-35” vertolyotlarının məharətli atəş zərbələri ilə sıradan çıxarılıb.

Ordunun raket-artilleriya birləşmə və hissələri bölmələrimizin əks atəş hazırlığına başlayıblar. Ordu aviasiyası düşmənin aşkar olunmuş zirehli texnikasına, ehtiyatlarına və komanda məntəqələrinə zərbələr endirib. Atəş basqınından yararlanan tabor taktiki qrupları sürətlə düşmənin ön xəttinə yaxınlaşaraq döyüş düzülüşünə açılıb, ön xətdə və yaxın dərinlikdə yerləşən düşmənin atəş vasitələrini məhv ediblər. Tank və digər döyüş maşınlarının sərrast atəşi ilə düşmənin zirehli texnikası, sığınacaqlarda olan atəş vasitələri məhv edilib. Güclü atəş imkanına malik olan tabor taktiki qrupları düşmənə cinahlardan zərbələr endirib.

Hərəkəti təminetmə dəstəsi bir istiqamətdə düşmənin tank əleyhinə xəndəkləri üzərində körpü qurub, digər istiqamətdə isə mina sahəsindən keçidlər açaraq ehtiyatların irəliləməsinə nail olub. Təxliyə qrupları döyüş meydanında vurulmuş texnika və yaralıların təxliyəsini həyata keçiriblər. Hücumun inkişaf etdirilməsi və cinahlara doğru genişləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun ehtiyatları döyüşə salınıb, düşmən ehtiyatlarının irəliləməsinin qarşısının alınması məqsədi ilə taktiki və hava desantları endirilib. Beləliklə də Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri ilə birgə təlimdə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirərək şərti düşmən üzərində zəfər qazanıblar.

Sonda Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları “SU-25” hücum təyyarələrinin və vertolyotların müşayiəti ilə döyüş meydanında nümayiş olunub.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgər və zabitləri salamlayıb, onları və tədbir iştirakçılarını Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, onun sütunu Azərbaycan Ordusudur”. İşğalçı ölkə ilə sərhəddə yerləşməsi və blokada şəraitində yaşaması Naxçıvan Muxtar Respublikasında müdafiə təhlükəsizliyini əsas məsələlər sırasına çıxarmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır. Belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.

Ali Məclisin Sədri deyib: Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş, müasir silah və texnika ilə təminat gücləndirilmiş, bunların nəticəsi olaraq Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Bu gün muxtar respublikadakı ordu, hissə və birləşmələr güclü maddi-texniki təminata, müasir silahlara və peşəkar şəxsi heyətə malikdir. Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərdə Türkiyə Silahlı Qüvvələrinin dəstəyi də qeyd olunmalıdır. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədəki əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi də bu əməkdaşlığın davamı, eyni zamanda ordularımız arasındakı birliyin göstəricisidir.

Ali Məclisin Sədri deyib: Ordu quruculuğu tədbirləri sırasında hərbi təlimlərin əhəmiyyəti böyükdür. Çünki təlimlər əsgər və zabitlərdə hərbi vərdişləri formalaşdırır, onların döyüş hazırlığını artırır. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, “Hər hansı bir ordunun dəyəri onun əsgər və komandan heyətinin dəyəri ilə ölçülür”. Azərbaycan-Türkiyə birgə hərbi təlimində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazırlığı vardır.

“Ordunun gücünü və döyüş qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı deyil, həm də şəxsi heyətin vətənpərvərliyi və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər və zabitlərində vətənpərvərlik və birlik olsun. Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin silahlı qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır”, – deyən Ali Məclisin Sədri hərbi təlimin uğurla başa çatması münasibətilə şəxsi heyətləri təbrik edib, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib.

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar iki qardaş ölkə silahlı qüvvələrinin birgə fəaliyyəti olan “Sarsılmaz qardaşlıq-2019” təlimləri münasibətilə şəxsi heyətləri təbrik edərək deyib: Regional təhdidlərin artdığı bir dövrdə ölkələrimizin və xalqlarımızın təhlükəsizliyini təmin etməyin yolu güclü və mübariz orduya sahib olmaqdan keçir. Güclü ordu üçünsə müasir silah və texnika, həmçinin peşəkar hərbçilər lazımdır. Peşəkar hərbçilərin yetişdirilməsinin ən optimal yolu təlimlərin keçirilməsidir. Təlimlərdə əsgər və zabitlərin ərazi və hava şərtləri ilə tanış olması döyüşə hazırlıq baxımından çox əhəmiyyətlidir. Çünki şəxsi heyət döyüş həmlələrini təlimlərdə öyrənir. Xüsusilə müştərək və birləşmiş təlimlər bir-birimizi tanımamıza, çiyin-çiyinə mübarizə aparmağımıza böyük dəstək verir. Dostluq və birgə əməkdaşlıq çərçivəsində icra etdiyimiz “Sarsılmaz qardaşlıq-2019” təliminin layiqli şəkildə məqsədinə çatdığını və böyük müvəffəqiyyətlə yerinə yetirildiyinin şahidi olduq. İki dövlətin bir millət, bir ordu olduğunda nələr edə biləcəyinə bu təlim bir nümunədir. Mustafa Kamal Atatürkün də dediyi kimi: “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir”. Qardaş ölkə Azərbaycan və Türkiyə hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərdir.

Hulusi Akar təlimlərin yüksək səviyyədə başa çatması münasibətilə Türkiyə Silahlı Qüvvələrinin adından təbriklərini çatdırıb.

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib: Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularındandır. Qardaş ölkə ilə olan milli bağlarımız ordu quruculuğu sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən bəhrələnmək mühüm əhəmiyyət daşıyır. Birgə təlimlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, silahlı qüvvələrimiz hər bir vəzifəni birgə icra etməyə hazırdır və qadirdir. Naxçıvanda keçirilən təlimdə Türkiyə Respublikasının Milli Müdafiə nazirinin iştirakı onun əhəmiyyətini daha da artırdı.

Zakir Həsənov təlimin uğurla başa çatması münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıqla bağlı görülən işləri diqqətə çatdırıb, hazırlanmış ssenariyə uyğun Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olunduğunu, hədəflərin 85, maketlərin 90 faizindən çoxunun məhv edildiyini bildirib.

Sonra xatirə şəkli çəkdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıblar.

Zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndiriblər.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO