Mədəni 21.11.2023 18:00

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı keçiriləcək

Naxçıvan şəhərində noyabrın 23-24-də “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçiriləcək.

Rakus.az xəbər verir ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər yer alacaq. Qərbi Azərbaycandan olan, muxtar respublikada yaşayan sakinlər ilk dəfə olaraq bir araya gələcək, ilk görüşləri keçiriləcək.

Məlumat üçün bildirək ki, konsert proqramında Naxçıvan Dövlət Universitetinin Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Əməkdar artist Gülyanaq Məmmədova ilk dəfə olaraq Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevin müəllifi olduğu “İrəvan” və “Naxçıvan” şikəstələrini ifa edəcək.

Festivalda “İrəvan mətbəxi” kulinariya sərgisi təşkil olunacaq. İrəvan mətbəxinə dair 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarük yemək növü, 13 növdə müxtəlif çay nümunələri nümayiş olunacaq.

Qərbi Azərbaycan nümayəndə heyətinin Ordubad və Çalxanqalaya səfərləri təşkil olunacaq. Qərbi Azərbaycana həsr olunmuş “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyevanın layihə rəhbəri olduğu “Yada daşı”, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə hazırlanan ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Quliyev olan “Nəsil ağacı” sənədli filmləri nümayiş etdiriləcək.
Festivalda həmçinin Qərbi Azərbaycana aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri sərgilənəcək.

Xatırladaq ki, festival-konqresə aid bütün məlumatların ictimaiyyətə daha əlçatan olması məqsədilə https://qacon23.ndu.edu.az/ saytı yaradılıb.

XƏBƏR LENTİ
Mədəni / 21.11.2023 18:00
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı keçiriləcək
Siyasi / 21.11.2023 17:46
QAİ bəyanat yaydı: “AŞPA-nın monitorinq proseduru alətə çevrilib”
Təhlil / 21.11.2023 14:44
Birbaşa danışıqlar təşəbbüsü – Vaşinqtonun sual doğuran səmimiyyəti – TƏHLİL
Mədəni, Siyasi / 21.11.2023 14:26
Erməni tarixçi-etnoqrafın İrəvan teatrı ilə bağlı etirafı – ANONS
Elm və təhsil / 21.11.2023 12:08
BDU-da Göyçə mahalında kitabxana işi adlı seminar keçirilib - FOTO
Müsahibə / 20.11.2023 20:01
“Qərbi azərbaycanlıların pozulmuş hüquqları ilə bağlı beynəlxalq hesabat hazırlanır” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 20.11.2023 17:13
“Nəsil ağacı” filmi gənclər üçün nümayiş olunub - FOTO
Gündəm / 20.11.2023 00:02
Erməni terroru – Qarakənd faciəsindən 32 il ötür
Elm və təhsil / 19.11.2023 10:38
Ardanış orta məktəbini bitirənlər 50 il sonra görüşdülər - FOTO
Maraqlı, Sosial / 18.11.2023 20:13
Ağbulaq camaatı kəndi ermənilərdən necə qoruyub? - FOTO - VİDEO
Sosial / 18.11.2023 12:54
Təməli XVI əsrdə qoyulan Ağbulaq kəndi – ANONS
Siyasi, Təhlil / 18.11.2023 10:00
İrəvan-Bakı arasında birbaşa dialoq kimlərə sərf etmir? – TƏHLİL
Hadisə, Maraqlı, Sosial / 17.11.2023 19:59
“Balaca erməni uşaqları bizə türkes deyib daş atırdılar” - FOTO - VİDEO
Dünya, Təhlil / 17.11.2023 16:39
Doqquz sentə dəyməyən “907-ci düzəliş” – TƏHLİL
Mətbuat, Siyasi / 17.11.2023 16:20
“Qərb Rusiyanı Ermənistandan çıxarmağa köklənib” – Fuad Hüseynəliyev
Maraqlı, Sosial / 17.11.2023 13:25
“Ermənilər işıqları söndürür, insanları qorxudurdular” – Elzadə Süleymanovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 17.11.2023 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İqtisadi, Sosial / 16.11.2023 20:15
İrəvan azərbaycanlılara qarşı “gizli silahı” işə saldı - FOTO - VİDEO
İqtisadi, Siyasi / 16.11.2023 14:36
Ermənistanın Qərbi Azərbaycanda “gizli silahı” – ANONS - VİDEO
Maraqlı, Siyasi / 15.11.2023 19:54
Yunanlar Allahverdi rayonuna nə üçün gəlmişdilər? - FOTO - VİDEO
Hadisə, Sosial / 15.11.2023 13:17
“Allahverdi rayonu – Daşların yaddaşına yazılmış tarix” – ANONS
Hadisə, Siyasi / 14.11.2023 20:04
Erməni tarixçi İrəvanın Azərbaycan şəhəri olduğunu etiraf etdi - FOTO - VİDEO
Gündəm, Müsahibə, Video müsahibə / 14.11.2023 18:50
“Ermənilər bu əraziyə “Əraməni” demək üçün Abbasilərə rüşvət təklif ediblər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni, Siyasi / 14.11.2023 13:22
İrəvanın gerçək tarixi – azərbaycanlıların silinməz izi – ANONS - VİDEO
Müsahibə / 13.11.2023 20:36
“Aşağı Şorca tarixən Azərbaycan türklərinin qədim yurd yeri olub” – MÜSAHİBƏ - VİDEO
Dünya, Təhlil / 13.11.2023 16:22
İranın sınaqdan çıxmayan vasitəçiliyi – yeni anti-Azərbaycan kampaniyası – TƏHLİL - FOTO