Dünya 21.03.2019 12:00

Nazarbayevin qızı, kürəkəni, yoxsa qardaşı oğlu prezident olacaq – TƏHLİL - VİDEO

Qazaxıstan Konstitusiyasına əsasən, prezidentin səlahiyyətləri erkən sona çatdıqda və ya o şəxs öldüyü halda qalan müddətdə Prezidentin səlahiyyətləri parlament senatının sədrinə keçir. Hazırda bu səlahiyyətlər Kasım-Jomart Tokayevə verilib. Nazarbayev özü haqqında istefa məktubunda Tokayevi “dürüst və məsuliyyətli” adlandırıb.

Rakus.az xəbər verir ki, Tokayev bu il martın 20-də Qazaxıstanın müvəqqəti prezidenti olub. O, bu vəzifəni seçki müddətinin sonuna qədər icra edəcək, sonra isə yeni səsvermə keçiriləcək.

Sonra ölkənin prezidentliyinə bir neçə nəfər namizədliyini irəli sürəcək. Məsələn, Nazarbayevin qızı Dariqa, ikinci qızı Dinaranın həyat yoldaşı, və Nursultan Nazarbayevin qardaşı oğlu.

Ailə

Nursultan Nazarbayevin varisləri sırasında ilk növbədə, onun böyük qızının adı çəkilir.

Dariqa Nazarbayeva uzun müddətdir siyasətlə məşğul olur və hazırda Parlament Senatının üzvüdür. O, həmçinin xarici əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinə rəhbərlik edir. Daha əvvəl Dariqa baş nazirin müavini olub. Tokayev prezident olandan sonra Dariqa ölkənin parlament spikeri seçilib.

Nazarbayevin varisləri sırasında ortancıl qızı Dinaranın həyat yoldaşı Timur Kulibayevin də adı çəkilir. Forbes-ə görə, o, rəsmi dollar milyarderidir.

Kulibayev Qazaxıstan Xalq Bankına nəzarət edir və Milli Sahibkarlar Palatasının Rəyasət Heyətinin sədridır.

Qazaxıstanın prezidentliyə namizədlərin siyahısısında Milli Təhlükəsizlik Komitəsinin sədrinin birinci müavini Samat Abişin də adı var. O, Nursultan Nazarbayevin qardaşı oğludur.

2017-ciildə Samat Abiş general-leytenant rütbəsini alıb və 2013-cü ildə Qazaxıstan mətbuatının iddialarına əsasən, Nazarbayev onu Vladimir Putinə öz varisi kimi təqdim edib.

Qasım-Jomat Tokayev

“İnanıram ki, bu gün Qazaxıstanın rəhbərliyini əmanət edə biləcəyimiz şəxs məhz Tokayevdir” , “millətin lideri” öz çıxışında deyib.

Kasım-Jomart Tokayev 65 yaşındadır, 43 ildir ki siyasətdədir.

Tokayev SSRİ Xarici İşlər Nazirliyində işə başlayıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdək sonra 22 yaşlı Tokayev Sinqapurdakı Sovet səfirliyinə göndərilib.

K.Tokayev 1994-cü ildə Qazaxıstanın xarici işlər naziri olub, 1999-cu ildə isə Nazarbayev onu baş nazir təyin edib. Daha sonra o, bir sıra yüksək səviyyəli dövlət vəzifələrində çalışıb, lakin daha çox o ölkənin xarici siyasətinə cavabdeh olub.

O, beynəlxalq arenada Qazaxıstanı nüvə silahları mövzusunda təmsil edib. ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini olub. 2013-cü ildə Tokayev Qazaxıstan Senatının rəhbəri seçilib. İngilis, Çin, Fransız dillərində danışır.

Kasım-Jomart Tokayev Nazarbayevin ən sadiq tərəfdarlarındandır.

Tokayev Nazarbayevin ölkənin tarixindəki mühüm rolu haqda xarici mətbuata müsahibələr verir, məqalələr və hətta kitablar yazır. Onun “İşıq və kölgə” oçerkinin əvvəlində o, 2005-ci ildə Nazarbayevin andiçmə mərasimi haqda yazıb.

Dörd il əvvəl “Qazaxstanskaya pravda”da çap olunmuş “Titan” yazısında Tokayev yazırdı: “Şarl De Qoll bir dəfə deyib: “Burada ixtira edilmiş ən yaxşı şey Fransadır.” Lideri kimi Nazarbayevsiz təsəvvür edə bilmədiyimiz ölkəmiz barədə eyni şeyi söyləyə bilərik. Prezident Nazarbayevin liderliyi ilə Qazaxıstan demokratiya və davamlı inkişaf yolunda irəliləyəcək.”

Ötən il Tokayev BBC-yə verdiyi müsahibədə Prezident Nazarbayevin 2020-ci il prezident seçkilərdə namizədliyini irəli sürəcəyinə inanmadığını bildirib. Şəxsi siyasi ambisiyaları barədə suala isə belə cavab verib:”Prezident Nazarbayev vəzifəsindən ayrılsa belə, həm xarici, həm də daxili siyasətə böyük təsir göstərəcək”.

Sələflər arasında Qazaxıstanın Rusiyadakı səfiri İmanqal Tasmagambetovun da adı var. O, müdafiə naziri, Prezident Apparatının rəhbəri və baş nazir olub. (Amerikanın səsi)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS