Nazirləri “2+2” formatında görüşəcəklər
Yaponiyanın xarici işlər naziri Taro Kono və müdafiə naziri Takeşi İvaya cari həftə Vaşinqtona səfər edərək burada aprelin 19-da ABŞ-dan olan həmkarları dövlət katibi Maykl Pompeo və müdafiə nazirlərinin vəzifəsini icra edən Patrik Şanahanla görüşəcəklər.
Rakus.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən agentliyin Yaponiya bürosuna daxil olan məlumatda bildirilir.
Bu ərəfədə Tokioda keçirilən mətbuat konfransında T.İvaya qeyd edib ki, Yaponiya ABŞ-ın müdafiə siyasətini dəstəkləyir və qarşıdakı diskussiya zamanı əməkdaşlığın genişləndiriləcəyi barədə müzakirələr aparılacağına əmindir. Xüsusən də söhbət, kosmosda qarşılıqlı fəaliyyətin genişləndirilməsi və kiberhücumlara qarşı birgə mübarizədən gedir. Bundan əlavə, nazirin sözlərinə görə, tərəflər ötən həftə qəzaya uğrayan Yaponiya özünümüdafiə qüvvələrinə məxsus yeni, beşinci nəsil F-35A qırıcısı ilə bağlı müzakirələr də aparcaqlar.
Müzakirələrin nəticəsi olaraq, birgə mətbuat konfransının keçiriləcəyi və sənədələrin imzalanacağı da bildirilir.(Azərtac)