Dünya 25.05.2020 10:48

Netanyahu korrupsiyaya görə məhkəməyə gətirilir

İsrailin baş naziri Benyamin Netanyahunun korrupsiya məhkəməsinə mayın 24-də start verilib.

Rakus.az xəbər verir ki, İsrail lideri rüşvət, fırıldaqçılıq və ona göstərilən etimaddan sui-istifadə ittihamları ilə üzləşib. Baş nazir zəngin dostlarından bahalı hədiyyələr alması və mediada pozitiv işılqandırılması müqabilində qaydaların dəyişdirilməsində günahlandırılır.

Məhkəmə zalına girməzdən öncə Netanyahu məhkəmə və medianı tənqid edib, ona qarşı irəli sürülən bütün ittihamların əsassız olduğunu deyib. O, məhkəməni İsrail xalqının iradəsinə qarşı siyasi çevriliş adlandırıb.

İyirmi yerlik kiçik məhkəmə zalına baş nazir iki vəkili ilə daxil olub və fotoqrafçıların zalı tərk etmədiyi təqdirdə müttəhim masası arxasına keçməkdən imtina edib.

Müxbirlər zalı tərk etdikdən sonra hakim ittihamnaməni səsləndirib.

Məhkəmənin bir ilə yaxın davam edəcəyi gözlənilir. Günahkar tatındığı təqdirdə onu illərlə həbs cəzası gözləyir.

Korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxarılmasından əvvəl Netanyahu və onun müxalif rəqibi Benni Qantz arasında koalisiya razılaşmasına əsasən, Netanyahu 18 ay hakimiyyətdə qaldıqdan sonra baş nazir vəzifəsinə Qanz keçəcək.

Razılaşmanın opponentləri “alternativ baş nazir” vəzifəsinin qeyri-qanuni olduğunu bildirirlər.

Razılaşma üç nəticəsiz seçkidən sonra əldə edilib. Qanz əvvəl məhkəmə qarşısına çıxacaq liderlə hakimiyyətin bölüşdürülməsinə dair hər hansı razılıqdan imtina edəcəyini desə də, bu yaxınlarda mövqeyini dəyişərək, İsrailin dördüncü seçki keçirilmədən koronavirus böhranından çıxmasına kömək etmək istədiyini bildirib.

İsrail qanunlarına görə ittiham edilmiş hökumət nazirləri istefa verməlidir. Lakin qanunun baş nazirlərə şamil edilib-edilmədiyi, ya da onların məhkəmə prosesi davam etdiyi zaman hökumət formalaşdıra bilib-bilməməsi müəyyən edilməyib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO