Netanyahu və Qantz Ağ Evdə Trampla görüşə gedir
İsrailin Baş naziri Benyamin Netanyahu və onun mart ayında keçiriləcək seçkilərdə əsas rəqibi, keçmiş hərbi qərargah rəisi Benny Gantz ABŞ prezidenti ilə Ağ Evdə ayrı-ayrı görüşlər keçirəcək.
Rakus.az xəbər verir ki, Prezident Trampın bu görüşlər zamanı İsrail-Fələstin münaqişəsinin həlli üçün uzun müddətdir gözlənilən planının təfərrüatlarını bölüşəcəyi gözlənilir.
Sülh planının detallarının çərşənbə axşamı Tramp və Netanyahunun birgə keçirəcəyi mətbuat konfransı zamanı ictimaiyyətə açıqlanacağı gözlənilir.
“Son üç ildə mən – İsrailin böyük dostu prezident Trampla və onun komandası ilə vacib maraqlar, təhlükəsizlik və ədliyyə sistemimiz barədə çox sayda danışıqlar aparmışam” – deyə, Netanyahu bazar günü bildirb. “Sabah Prezident Trampla görüşəcəm və çərşənbə axşamı biz onunla bir tarixi hadisəyə imza atacağıq”, – Netanyah əlavə edib.
Öz növbəsində Benni Gantz “çox əhəmiyyətli bir ziyarət” adlandırdığı görüşü səbrsizliklə gözlədiyini bildirib.
Lakin fələstinlilərin Trump administrasiyasının yanaşmasını rədd etdiyi və ona İsrail tərəfdarı kimi baxdığı halda planın müvəffəqiyyət şansı qeyri-müəyyən görünür.
Fələstin xarici işlər nazirliyi bazar günü verdiyi açıqlamada heç bir fələstinlinin planı qəbul etməyəcəyini bildirib.
Trampın “əsrin sövdələşməsi” adlandırdığı və üzərində üç ildir işlənilən planın detalları gizli saxlanılırdı. O, vəzifədə olduğu müddətdə ABŞ-ın on illərdir davam edən siyasətinə zidd olaraq, Qüdsü İsrail paytaxtı kimi tanımaq və ABŞ səfriliyini oraya köçürmək də daxil olmaqla fələstinlilərin qəzəbinə səbəb olan bir neçə addımlar atıb.
Ağ Evdə görüşlər Trampın Ağ Evdə impiçment məhkəməsi ilə üzləşdiyi və İsrail parlamentinin Netanyahunun korrupsiya ittihamlarından toxunulmazlıq haqda müraciətini nəzərdən keçirdiyi bir vaxt keçirilir.