Mədəni 20.06.2019 14:52

NETTY 2019 mükafatlandırma mərasimi keçirildi - FOTO

NETTY 2019 Azərbaycanın Milli internet mükafatının 15-ci mükafatlandırma mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, mərasimdə cari ildə müsabiqədə iştirak edən “Dövlət”, “Mədəniyyət və yaradıcılıq”, “İqtisadiyyat və biznes”, “Təhsil və elm”, “İnformasiya və xəbərlər”, “Elektron xidmətlər və ticarət” və s. nominasiyalar üzrə ən yaxşı internet resursları elan olunub.

Dövlət internet saytları üzrə nominasiyada Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” – www.intangible.az portalı qalib olub. Bundan əlavə, “Mədəniyyət və yaradıcılıq” nominasiyasında http://shekiculture.az saytı 1-ci yeri qazanıb. Bu istiqamət üzrə 2-ci yeri http://ismayilliculture.az saytı tutub.

Xatırladaq ki, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının (www.intangible.az) təqdimatı 2018-ci ilin oktyabrında olmuşdu. Portal Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatı, mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, qeyri-maddi irs sahəsində yenilikləri, UNESCO siyahısındakı Azərbaycan mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları özündə ehtiva edir. Bundan əlavə, portalda Azərbaycanın şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında məlumatlar da əksini tapıb.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının NETTY 2019 Azərbaycanın Milli internet mükafatına layiq görülməsini yüksək qiymətləndirərək bu layihənin mədəni irsimizin sistemli şəkildə qorunması və təbliği işinə töhfə olduğunu vurğulayıb. Nazir müavini diqqətə çatdırıb ki, reyestrin yaradılması ölkəmizdə UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiya”dan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində görülən işlərin nəticəsidir:

“Qloballaşan dünyada xalqların öz mədəni-mənəvi varlığını qoruması prioritet məsələdir. Azərbaycan xalqının zəngin mədəni irsi zaman-zaman müxtəlif qüvvələr tərəfindən mənimsənilməyə məruz qalıb. Bu baxımdan qeyri-maddi mədəni irs nümunələrimizin qorunması və təbliği dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur. Ölkəmiz UNESCO-nun müvafiq konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısı nəticəsində təşkilatın siyahılarına qeyri-maddi mədəni irsimizlə bağlı 13 nominasiya daxil edilib və bəşəriyyətin mirası olaraq qorunur. Son illər bu sahədə işlər daha geniş xarakter alıb. Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan www.intangible.az portalı da Azərbaycanın qeyri-maddi mədəni sərvətlərinə dair məlumatların bir arada toplandığı internet resurs olaraq xalqımızın zəngin mədəni irs yaddaşının qorunmasına, yaşadılmasına xidmət edir”.

Xatırladaq ki, 2004-cü ildə təsis edilən NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. Hər il bu müsabiqədə ən yaxşı internet layihələri, əhəmiyyətli veb-resurslar və informasiya texnologiyaları sahəsində peşəkarlar müəyyən edilir və mükafatlandırılır. Müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi, “Nar” şirkətinin əsas tərəfdaşlığı keçirilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO