Niderland təmsilçisi Dunkan Lourens qalib oldu - FOTO - VİDEO

“Eurovision 2019” mahnı müsabiqəsinin finalı baş tutub.
İyirmi altı ölkənin finalçısının yer aldığı gecədə Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta, Azərbaycan, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri səhnəyə çıxıb.
Müsabiqədə Niderlandı təmsil edən Duncan Laurens “Arcade” mahnısı ilə 492 səs toplayaraq, birinci olub.
Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə yarışmada 297 səs toplayaraq, yeddinci pillədə qərarlaşıb. Səsvermə zamanı Azərbaycandan xallarını əsirgəməyən ölkələr bunlardır: Portuqaliya 8, Malta 8, Cənubi Makedoniya 4, San-Marino 4, Estoniya 5, Polşa 2, Norveç 5, İspaniya 7, Avstriya 4, Böyük Britaniya 7, İtaliya 7, Albaniya 8, Macarıstan 5, Moldova 6, İrlandiya 7, Rumıniya 10, Kipr 6, Avstraliya 2, Rusiya 12, İsveç 5, Litva 10, Serbiya 3, İslandiya 4, Gürcüstan 10, Yunanıstan 8, Latviya 6, Çexiya 5, Danimarka 4, Fransa 6, Finlandiya 2, Sloveniya 10, İsrail 7.
Xatırladaq ki, final bəstəkar-müğənni Murad Arifin şərhi ilə canlı yayımlanıb. Azərbaycan tərəfdən səsləri Xalq artisti Faiq Ağayev elan edib.
“Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı altında təşkil olunan builki yarışmada Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 492 xal toplayıb.
Bildirək ki, Niderland “Eurovision” mahnı yarışmasında 58 dəfə iştirak edib və bu qələbə ilə 5-ci dəfə müsabiqəyə ev sahibliyi edəcək.
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində İtaliya ikincisi, Rusiya isə üçüncüsü olub.
Azərbaycanlı ifaçı Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sirada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.
Müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb.
Xatırladaq ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil edilir.