Niderlandlılar rəsmən Hollandiya adından imtina etdi
Səlahiyyətli nümayəndələr hesab edir ki, Hollandiya adı narkotiklərlə və “qırmızı fənərlər bölgəsi” ilə əlaqələndirilir.
Rakus.az xəbər verir ki, bu baxımdan Hollandiya 2020-ci ilin 1 yanvarından rəsmi olaraq Niderland adlandırılmağa başlayıb.
Bildirilir ki, yerli hakimiyyət orqanları, özəl şirkətlər və ali məktəblər yalnız Niderland adından istifadə edəcəklər.
Hökumətin fikrincə, bu qərar yenidən ölkəyə turizm axınını şaxələndirəcək. İndi səyahətçilərin çox hissəsi məhz Amsterdam, Harlem və Haaqa şəhərləri ilə tarixi Hollandiyaya baş çəkir. Bu şəhərlər çətinliklə turizm axınının öhdəsindən gəlirlər.
Hakimiyyət islahat adı ilə turistlərin qeyri-populyar regionlara marağını cəlb etmək, həmçinin “narkomanlar üçün cənnət” imicindən qurtulmaq niyyətindədir. Eyni zamanda “qırmızı fənərlər kvartalı” üzrə ekskursiyalar demək olar, tamamilə ləğv edilib və qanuni əxlaqsızlıq yuvalarının sayı azalır.
“Qırmızı fənərlər bölgəsi” termini isə “De Wallen” (Şəhərin mərkəzi) olaraq dəyişdirilib. Lakin bu ad islahatına hakimiyyət orqanları 200 min avro vəsait ayırıb.