Nikola Sarkozi bu gün hakim qarşısına çıxır
Fransanın eks-prezidenti Nikola Sarkozi korrupsiya və ticarət dövriyyəsi ittihamı ilə bu gün hakim qarşısına çıxacaq.
Rakus.az xəbər verir ki, o, müasir Fransanın müttəhim kürsüsünə oturan ilk keçmiş prezidenti olacaq.
Xatırladaq ki, N.Sarkozi Fransaya 2007-2012-ci illərdə rəhbərlik edib.
Fransalı müstəntiqlərin Sarkozinin seçki kampaniyası ilə əlaqəli korrupsiya iddialarını araşdırması bir neçə il çəkib.
O, “L’Oreal”ın sahibi Lilian Bettankurun “gizli ianələr”ini istifadə etməklə yanaşı, 2007-ci il prezidentlik kampaniyasını maliyyələşdirmək üçün Liviyadan (o zaman Müəmmar Qəddafi hakimiyyətdə idi) milyonlarla avro almaqda şübhəli bilinir.
Bundan əlavə, prokurorluq Sarkozi və onun o zamankı vəkili Tierri Hersoqun davam edən istintaq haqqında məlumat almaq üçün Jilber Aziberə (keçmiş baş prokuror – red.) rüşvət verməyə çalışaraq Monakoda prestijli bir iş təklif etdiyi iddia olunur.
2018-ci ildə Nikola Sarkozi korrupsiyada, qanunsuz kampaniya maliyyələşdirilməsində və dövlət vəsaitlərinin mənimsənilməsindən qazanc əldə etməkdə və 2020-ci ilin oktyabrında “sui-qəsddə iştirakda” günahlandırılıb.
Sarkozi özü isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.