Hadisə 15.08.2023 19:58

Njdenin Amağu qətliamı – 2 mindən çox azərbaycanlının ölüm sirri - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni tarixçi Zəngəzur hadisələrinin gerçək üzünü etiraf edir” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə Ermənistanda çox tanınan tarixçi Qafan Geologiya Muzeyinin direktoru, Əməkdar mədəniyyət xadimi və etnoqraf Qrişa Smbatyan “Syunyats Erkir” (“Sünik ölkəsi”)  qəzetinin 10 sentyabr 2008-ci il tarixli sayında “Qafanda azərbaycanlılar” adlı yazılardan bəhs olunur.

Bildirilir ki, ənənəvi saxta erməni tarixçiliyinin irsini davam etdirən Smbatyan məqaləsində Qafanda ermənilərin törətdiklərini ifşa edən məqamları  üzə çıxarır, bizim üçün acı olan gerçəyi ermənilərin üzünə vurur.

Müəllif Njdenin 1918-1921 illər illərdə törətdiyi cinayətin detallarını açıqlayır, azərbaycanlılarla ermənilərin birgəyaşayışı, seçki hüququdan məhrum olunması, Qaçaq Nəbi ilə birgə mübarizə, 37-ci il də bir-birini müdafiə etməsini xüsusi vurğulayır.

Q.Sbatyan yazısında Qafanda Bakıdan gələn bir təşkilatın olduğunu, Zəngəzuru Azərbaycana birləşdirmək üçün hazırlıq işləri gördüyünü və hətta kəndlərdən ildə 30 rubl üzvlük haqqı yığılmasını söyləyir, Qafanda Azərbaycan icmasının böyüməsi, təbii artımla erməniləri üstələməsini qeyd edir.

Tarixçi 1988-ci il azərbaycanlıların qovulmasına yumşaq toxunaraq yazır ki, Qafandan azərbaycanlıların kütləvi axını 1988-ci ilin noyabrında və dekabrın əvvəllərində baş verdi və onlar getmək istəmirdi, qocalar müqavimət göstərirdilər.

Verilişdə diqqətə çatdırılır ki, Əməkdar mədəniyyət işçisinin erməniləri təmizə çıxarmaq və Azərbaycan türklərinin Qafanda yaşam tərzinin yaxşı olduğunu qeyd etmək niyyəti ilə yazılan yazıda 1918-21-ci illərdə Qaregin Njde və onun silahlı dəstəsinin törətdiyi qətliamın ifşası baxımından şahidin dili ilə qələmə alması əhəmiyyətlidir. Gerçəyi danmağa alışan erməni tarixçilərindən fərqli olaraq Qrişa Smbatyan qırğının canlı şahidi Təbərrik  xaladan gətirdiyi sitatla Zəngəzur hadisələrinin gerçək üzünü etiraf edir. Tarixçi Ermənistan SSR-də azərbaycanlılara qarşı aparılan mədəni terror və gizli etnik təmizlənmə siyasətini ifşa edir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 15-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Hadisə / 15.08.2023 19:58
Njdenin Amağu qətliamı – 2 mindən çox azərbaycanlının ölüm sirri - FOTO - VİDEO
Gündəm / 14.08.2023 20:00
“Qərbi azərbaycanlıların geri dönüşü erməniləri rəzillikdən xilas edəcək”
Müsahibə / 14.08.2023 10:29
“Gənclərimiz tarixi torpaqlarımıza dönmək arzusu ilə yaşayırlar” – ANONS
Hərbi / 12.08.2023 21:07
Ermənilərə 83 il müqavimət göstərən Şidli - FOTO - VİDEO
Sosial, Video müsahibə / 11.08.2023 19:50
“Qayıdış baş tutacaq, gedib evimizdə yaşayacağıq” - FOTO - VİDEO
Müsahibə / 11.08.2023 12:43
“Kəndimizdən ayrı dura bilmirəm” – Natiq Vəliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 10.08.2023 19:39
Paşinyan Qərbi azərbaycanlılarla bağlı məsələni niyə inkar edir? - VİDEO
Dünya, Siyasi / 10.08.2023 14:47
İrəvanda Qərbi azərbaycanlıların qayıdışı səslənir – ANONS
Təhlil / 10.08.2023 14:32
Tehran rejimi – idmançıların qaçıb getdiyi – ölkə – TƏHLİL
Maraqlı / 09.08.2023 19:42
Çar Rusiyasının Şörəyel sultanlığında erməniləşdirmə planı - FOTO - VİDEO
Hadisə, Maraqlı / 09.08.2023 13:06
Çar Rusiyası Şörəyel mahalını necə işğal edib? – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 08.08.2023 20:00
Gənc erməni bloqçunun etirafı - FOTO - VİDEO
Mədəni / 08.08.2023 10:05
ASKEF-in Balkan turu – 3-cü yazı - FOTO
Müsahibə, Video müsahibə / 07.08.2023 20:00
“Göyçəyə muxtariyyət tələb edirdik…” - VİDEO
Təhlil / 07.08.2023 15:57
İran və Livan rəsmi İrəvanın müdafiəçisi rolunda – TƏHLİL
Mədəni / 06.08.2023 15:50
ASKEF-in Balkan turu – 2-ci yazı - FOTO
Maraqlı / 05.08.2023 19:53
Nüvədi gizlinləri – Türk dilində ən qədim yazı tapıldı – ANONS
Dünya, Təhlil / 05.08.2023 11:28
Nigerdəki hərbi çevrilişin sifarişçiləri kimlərdir – TƏHLİL - FOTO
Hadisə, Maraqlı / 04.08.2023 19:52
Ermənilərin “kor bağırsaq əməliyyatı” - FOTO - VİDEO
Maraqlı / 04.08.2023 14:01
Erməni zülmü və xəyanəti – Həsənovlar ailəsinin dramı – ANONS
Siyasi, Təhlil / 04.08.2023 10:21
Azərbaycan və Türkiyənin ərəb dövlətləri və İsraillə yeni əməkdaşlıq formatı – TƏHLİL
Mətbuat, Sosial / 03.08.2023 20:29
ASKEF-in Balkan turu – 1-ci yazı
Dünya, Siyasi / 03.08.2023 19:38
İrəvanı narahat edən Qərbi Azərbaycan havası - FOTO - VİDEO
Dünya, Sosial / 03.08.2023 13:58
Ani Badalyan – zəhərlənmiş beyinin güzgüsü – ANONS
Gündəm / 02.08.2023 19:43
Çar Rusiyası Sərdarabad mahalını niyə ləğv edib? - FOTO - VİDEO
Maraqlı / 02.08.2023 13:35
Səkkiz kəndi dağıdılan Sərdarabad mahalı – ANONS