Dünya 15.11.2019 13:52

NP-nın sədri Trampı korrupsiyada ittiham etdi

“ABŞ Konqresinin Nümayəndələr Palatasında şahidlərin ifadələri ABŞ prezidentinə qarşı korrupsiya iddialarını təsdiqləyib”.

Rakus.az xəbər verir ki, bu barədə Palatanın sədri Nensi Pelosi bildirib.

Söhbət ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Uilyam Teylor və ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Corc Kentin dindirilməsindən gedir.

“Prezident tərəfindən təyin olunan insanlar çox açıq şeylər söylədilər, bu sarsıdıcı ifadələr korrupsiya faktlarını təsdiqlədi”, – N.Pelosi deyib.

Onun sözlərinə görə, Donald Tramp siyasi rəqibinə qarşı istintaq aparılmayacağı təqdirdə Ukraynanı hərbi yardımı dayandıracağı ilə hədələyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib və içdiyi andı pozub.

N.Pelosi D.Trampın əməllərində korrupsiya əməli kimi “quid pro quo” (xidmətə qarşı xidmət – red.) prinsipini qəbul edir.

“Biz burada latın dilində danışırıq… quid pro quo – bu, rüşvətxorluqdur (Azərbayacan qanunvericiliyinə görə isə bu, korrupsiyadır – red.). ABŞ Konstitusiyasında da impiçment proseduru ilə bağlı bu barədə maddə var. Bu, açıq-aşkar prezidentin 2020-ci il seçkilərində üstünlük əldə etmək üçün cəhdi olub. ABŞ Konstitusiyasına əsasən, rüşvətxorluq məmurların, o cümlədən prezidentin vəzifəsindən uzaqlaşdırılmasına əsas verir”, – Palata sədri vurğulayıb.

Qeyd edək ki, ABŞ-da siyasi qalmaqal D.Trampın bu il iyulun 25-də Ukrayna Prezidenti Vladimir Zelenskiylə telefon danışığı ilə əlaqədar yaranıb. KİV-də yayılan məlumatlara görə, söhbət əsnasında Ağ Evin rəhbəri rəsmi Kiyevi 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Trampın potensial rəqibi olan Cozef Bayden, həmçinin onun oğlu Hanter barəsində istintaq başlatmağa məcbur etməyə çalışıb.

D.Tramp təzyiq iddialarını rədd edib və bu zəngi dostcasına edilmiş zəng kimi qələmə verib. Üstəlik, o, telefon danışığının stenoqramının dərc edilməsinə icazə verib. ABŞ Nümayəndələr Palatasının sədri N.Pelosi sentyabrın 24-də D.Trampın impiçment prosedurunun hazırlandığını elan edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO