Bişkekdə etirazçılar Dövlət Təhlükəsizlik Xidmətinin binasına daxil olublar.
Rakus.az xəbər verir ki, nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi azad ediblər.
01:40
Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılar prezident administrasiyasının da yerləşdiyi parlament binasını nəzarətə götürüblər.
Rakus.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə iki saat davam edən qarşıdurmadan sonra bir qrup nümayişçi hasarlanmış parlament binasına daxil olmağa müvəffəq olublar.
Qeyd olunur ki, etirazçıların hücum etdiyi binada prezident administrasiyası əməkdaşlarından və parlamentarilərdən heç kim olmayıb.
01:02
Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılarla polis arasında baş verən toqquşmalarda yaralananların sayı 16-ya çatıb.
Rakus.az xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Son məlumata görə, Qırğızıstan paytaxtının mərkəzində polislə nümayişçilər arasında şiddətli qarşıdurmalar davam edir.
Etirazçılar taxta parçaları, armatur və səki daşları ilə hüquq mühafizə orqanlarına hücum edib.
Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstan Respublikasında parlament seçkiləri keçirilib.
Bir qrup vətəndaş çoxsaylı qanun pozuntularına əsas gətirərək, seçkilərin nəticələrini qəbul etmir.