Mədəni 21.06.2019 11:49

Nyu Yorkda yaşayan azərbaycanlı rəssam-heykəltaraş - FOTO

 

Azərbaycanda rəssamlıq və heykəltaraşlığın nəsildən-nəslə ötürülməsi artıq bir ənənə halını alıb. Bu gün sizə Sumqayıtın rəmzinə çevrilmiş “Sülh göyərçini” abidəsinin və eləcə də həmin şəhərdə ucalan İmadəddin Nəsiminin heykəlinin iki müəllifindən biri- əməkdar rəssam, mərhum Asim Quliyevin oğlu Emin Quliyevdən söhbət açmaq istəyirəm. O, 1961-ci ildə Bakıda dünyaya gəlib. Səkkizinci sinifədək 6 nömrəli orta məktəbdə oxuyub. Sonra dörd il Əzim Əzimzadə adına Rəssamlıq məktəbində tam orta təhsil alıb. 1981-1987-ci illərdə Gürcüstan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil alaraq heykəltaraş ixtisasına yiyələnib. 1987-1989-cu illərdə əsgəri xidmətdə olub. 1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının aspiranturasında təhsilini davam etdirib. 1992-2004-cü illərdə Azərbaycan Rəssamlar İttifaqında çalışıb. Sonra iki il ailəsi ilə birlikdə Afrikada, Sudanın paytaxtı Xartum şəhərində yaşayıb. Bir il SSRİ Rəssamlar İttifaqının üzvü olsa da hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-ci ildən isə ABŞ-ın Nyu York şəhərində məskunlaşıb…

…Ömür-gün yoldaşı Nərminə Ziyatlı Azərbaycanın böyük oğlu Cavad xanın kötücəsidir. BMT-nin Nyu York ofisində çalışır. İki oğlu vardır. Böyük oğlu Cavid 29, ikinci oğlu Teymur 21 yaşındadırlar…

Emin Quliyev Nyu Yorka gələndən sonra üç il müstəqil rəssam-heykəltaraş kimi öz şəxsi emalatxanasında yaradıcılıqla məşğul olub. 2009-cu ildən “My Way” inkişaf mərkəzində heykəltaraşlıq və rəssamlıq üzrə sənət direktoru vəzifəsində çalışır. İndiyədək qırxdan çox yetirməsi ABŞ-ın rəssamlıq məktəb və kolleclərinə qəbul ola bilib…

Deyir ki,- “Arzum daha çox rəssam və heykəltaraş yetişdirmək olub. Şükür Allaha ki, buna nail olmuşam. Böyük uğurlara imza atan yetirmələrim var. Bundan qürur duyuram”…

2019-cu ilədək altı müxtəlif sərgidə əsərləri ilə iştirak edib. Bu il isə Nyu Yorkun “Susan Eley Fine Art Gallery” və “Artifact Gallery”-sində iki fərdi sərgisi keçirilib. Onun amerikalı yetirmələrinin rəsmlərindən ibarət “My Way to like Azerbaijan”, “Mənim Qarabağdan keçən yolum” adlı iki albom katoloq artıq işıq üzü görüb…

…Zəhməti heç də diqqətdən kənarda qalmayıb. Bruklinin meri tərəfindən yeniyetmələrin inkişafına verdiyi töhfəyə görə iki dəfə fəxri fərmanla təltif olunub. Sonuncu mükafatı isə Nyu York şəhər konsulluğundan alıb…

Rəsmləri əsasən yağlı boya ilə işləyir. Portret janrında sifarişlər qəbul etsə də, adətən avanqard janrda çəkməyə üstünlük verir. Hazırladığı heykəltaraşlıq nümunələri isə bir başqa aləmdir. Xocalı soyqrımına həsr olunan, bürüncdən yaratdığı “Qarabağ ağrısı” əsərinin isə Nyu Yorkun görməli yerlərindən birində ucalmasını arzulayır. Ümumiyyətlə Emin Quliyevin maraqlı əsərləri çoxdur. Onların arasında xalqımızın böyük oğlu Heydər Əliyevin, ölkəmizin rəhbəri İlham Əliyevin, eləcə də qeyrət nümunəsi Cavad xanın heykəllərini nümunə gətirmək olar…

Şən, gülərüz, mehriban, qayğıkeş adamdır. Mübahisə etməyi xoşlamır. Səs-küylü yerlərlərdən uzaq olmağa, daha çox emalatxanada çalışmağa üstünlük verir. Öz işindən zövq alır. Əsərləri ilə vətənimizi təbliğ etməkdən yorulmur. Necə deyərlər, qürbətdə yaşasa da ürəyi Azərbaycanladır. Nyu Yorkda fəaliyyət göstərən azərbaycan cəmiyyətləri ilə daim əlaqə saxlayır. Onların tədbirlərində fəal iştirak edir.
Söhbətimiz boyu Azərbaycan kəlməsi dilindən düşməyən bu soydaşımızın ən böyük arzusu Qarabağın tezliklə işğaldan azad olunmasıdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO