Mədəni 03.07.2019 10:10

Nyu Yorkda yaşayan azərbaycanlı yazıçı - FOTO

 

Əsl adı Əvəz olsa da, onu uşaq yaşlarından Azik deyə çağırıblar. Amerikaya gələndən sonra isə ABŞ vətəndaşlığını qəbul edəndə pasportuna adını Ayzek (Izek) yazdırıb. Və bundan sonra nəşr olunan bütün kitabları da Ayzek Əliyev imzası ilə işıq üzü görüb…

…Atası giologiya-mineralogiya elmləri doktoru, professor Sabir Əliyev olub. 2005-ci ildə vəfat edib. Anası giologiya-mineralogiya elmləri namizədi Dilarə xanım isə hazırda oğlunun yanında, Nyu Yorkda yaşayır. Bu il 90 yaşını qeyd edəcəklər…

Ayzek 1955-ci ildə Bakıda dünyaya gəlib. Orta təhsilini 1972-ci ildə 20 nömrəli məktəbdə başa vurub. Eyni zamanda 1962-1972-ci illərdə 16 nömrəli şəhər musiqi məktəbində fortepiano dərslərinə gedib. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin giologiya-coğrafiya fakultəsində ali təhsil alıb. 1977-1996-cı illərdə AMEA-nın Coğrafiya İnstitutunada kiçik elmi işçidən laboratoriya müdiri vəzifəsinədək yüksələ bilib. Arada iki il AMEA-nın Giofizika İnstitutunda da çalışıb.
1982-ci ildən coğrafiya elmləri namizədidir. 1996-cı ildən ABŞ-ın Nyu York şəhərində yaşayır…

…Ömür-gün yoldaşı Tamara xanım milliyətcə gürcüdür. Hələ Bakıda yaşayarkən pediator-həkim ixtisasına yiyələnib. İki övladı vardır. Böyük qızı Ayla xanım 33, ikinci qızı Dilarə xanım isə 28 yaşındadırlar…

Ayzek Amerikaya gələndən sonra beş il müxtəlif işlərdə çalışıb, dil kurslarına gedib. 2001-ci ildən “Human Resources Administration” təşkilatında işləyir. O, burada “social worker” vəzifəsindən, “supervisor” vəzifəsinədək yüksələ bilib…

Uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. Rus dilində yazıb yaradan yazıçılardandır. “Deletantın özünü dərk etməsi” adlı ilk kitabı 1994-cü ildə Bakıda nəşr olunub. “Axırıncı illyuziya” adlı ikinci kitabı isə 2007-ci ildə ABŞ-da işıq üzü görüb. İki çilidli “Rusiya imperiyasının qara qızılı” tarixi romanları isə 2017-ci ildə Rusiyada nəşr olunub. Bunlardan əlavə “Etiraf” adlı bir kitabı da vardır. Yardıcılığı bir sıra mükafatlara layiq görülüb. Bir neçə dəfə “Müasir ədəbiyyatın yeni adları” proqramının laureatı olub. “Rus Mükafatı”na layiq görülüb və s..
Bununla yanaşı Nyu Yorkda çap olunan rusdilli qəzet və jurnallarda tez-tez Qarabağ həqiqətləri haqqında siyasi məqalələrlə çıxış edir…

Bədii və tarixi romanları mütaliə etməyi xoşlayır. Qarabağın tezliklə işğaldan azad olunmasını arzulayır. Amerikaya gəlmək istəyənlərə tövsiyəsi isə: “Gəlin, görün, qərar verin”- oldu…

Çox danışmağı xoşlamır. Bu səbəbdən söhbətimiz elə də uzun çəkmədi. Sakit, sadə, təvazökar, zəhmətkeş insandır. Həm bir alim və həm də bir yazıçı kimi bacardığı qədər Azərbaycan həqiqətlərini amerikalılara çatdırmağa çalışır.
Ondan ayrılarkən: “Harada yaşamağımdan asılı olmayaraq, mən özümü Azərbaycanın bir parçası hesab edirəm”- söylədi…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO