Odessada kollecdə yanaraq ölənlərin sayı 10-a çatdı
Odessada kollecdə baş verən yanğın nəticəsində dağıntılar altından daha 2 nəfərin cəsədi çıxarılıb və bununla da həlak olanların sayı 10-a çatıb.
Rakus.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, dekabrın 8-də səhər saatlarında dağıntılar altından daha 2 nəfərin cəsədi çıxarılıb. Hazırda onların kimliyi dəqiqləşdirilir. Daha altı nəfərin taleyi isə naməlum olaraq qalır. Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir. Yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb.
Ukrayna Prezidenti Vladimir Zelenski faciə ilə əlaqədar dekabrın 8-də ölkədə matəm elan edilməsinə dair sərəncam verib.
Xatırladaq ki, dəhşətli yanğına səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Faktla bağlı cinayət işi açılıb.