Olimpiya oyunları təxirə salınacaqmı?
Tokio 2020 Olimpiya oyunlarının təşkilat komitəsinin vitse-prezidenti Toşiako Endo şənbə günü deyib ki, komitə tədbiri təxirə salıb və ya ləğv edilməsinə qərar vermək səlahiyyətinə malik deyil.
“Son qərarı Beynəlxalq Olimpiya Komitəsi verir. Biz tədbirə iyul ayında ev sahibliyi etmək üçün səylərimizi davam etdirəcəyik”, – Endo Kyodo xəbər agentliyinə bildirib.
Endonun açıqlaması Norveçin Olimpiya Komitəsi Tokio 2020 Olimpiya Oyunlarının koronavirusun yayılmasının qarşısı alınandan sonraya təxirə salınması üçün müraciət etməsindən sonraya təsadüf edib.
Norveçdən öncə cümə günü Kolumbiya və Sloveniya da bənzər müraciət irəli sürüb.
ABŞ-ın üzgüçülük üzrə idarəetmə orqanı da Tokio Yaa Olimpiadasının bir il təxirə salınmasına çağırıb.
Bütün dünyadan atletlər və idman rəsmiləri Beynəlxaq Olimpiya komitəsi, Tokio Olimpiadasının təşkilat komitəsi və Yaponiya hökümətini oyunları təxirə salmağa çağırıb.
Tokip 2020 Olimpiya oyunlarının iyulun 24-dən avqustun 9-dək davam edəcəyi planlaşdırılıb. Onun ardınca isə avqustun 25-dən sentyabrın 6-dək Paralimpiya oyunları keçiriləcək.
Bu arada isə minlərə tamaşaçı koronavirusun yayılması ilə bağlı narahatlıqlara baxmarayaq cümə günü məşəl tədiribdə iştirak eib. Məşəl cümə günü Yunanıstandan Yaponiyanın Matsuşima Havadan Müdafiə Qüvvələri bazasına gətirilib.
Ənənəvi Məşəl yürüşünün martın 26-da Fukuşimada başlayacağı və iyulun 24-də Olimpiya stadionunda başa çatacağı gözlənilir.