Hərbi 02.04.2019 14:05

Onlarda vətən sevgisi yoxdur – ZABİT

Ömrünü mənalı yaşamış insanlara daim həsəd aparıram. Yer üzünün əşrəfi sayılan insan üzərində doğulub boya-başa çatdığı Vətəni üçün canını fəda etməlidir. Vətənpərvərlik ilahi bir məfhumdur, gərək bütün varlığınla ana yurduna bağlı olasan. Vətəni sevmək təkcə o demək deyil ki, əlində silah səngərdə dayanıb onun sərhədlərini qoruyasan. Xeyr, çalışdığın hər bir sahədə zəhmətinlə, halallığınla Vətənə xidmət nümunəsi göstərə bilərsən. Məsələn, təcrübəli mühəndis ixtiraları, savadlı müəllim yetirmələri, həkim şəfalı əlləri, hakim-hüquqşünas isə ədaləti ilə cəmiyyətdə fərqlənir. Belələrindən danışanda da ,”necə vətənpərvər adamlardı” deyirlər.

Təəssüf edirəm ki, haqqında söhbət açmaq istədiyim siyasət qəhrəmanı Qurban Məmmədovun soyadı qarşısında vətənpərvər ifadəsini işlətmək olmaz. Çünki bu adam işini-peşəsini bir kənara atıb xaricdə dövlətimiz haqqında hədyan fikirlər söyləməklə məşğuldur. Özü haqqında həddən ziyadə razı danışan bu adamı tarixin müxtəlif dövrlərində siyasət meydanında tanımışıq, amma heç vaxt tanınmış bir hüquqşünas, yaxud təcrübəli vəkil qismində özünü təsdiqlədə bilməyib. Atalarımızın bir məsəli var: çörəyi çörəkçiyə verərlər. Əgər Qurban bəy də yaxşı ixtisas sahibi olsaydı, çoxlarının hörmətini qazanardı, daha Vəkillər Kollegiyasından qovulmazdı. Kimsə özünə zor gücünə yaxşı ad qazandıra bilməz. Gərək başqaları sənin əməlinə qiymət versinlər, gördüyün işlərə nəzər yetirib kim olduğunu desinlər.

Bu yaxınlarda sosial şəbəkədə Qurban Məmmədovun özü kimi eyni əqidə düşkünü olan İsa Sadıqov və İsgəndər Həmidovla söhbətlərini dinləyəndə bu adama nifrətim daha da artdı. Vətəndən qürbətdə yaşamağı özlərinə ar bilməyən bu şəxslərin nədənsə dövlətimizin inkişafını gözləri götürmür, siyasi sabitliyimizi, hərbi-iqtisadi uğurlarımızı, bir sözlə, hər sahədə tərəqqimizi həzm edə bilmirlər. Qurban bəy öz himayəsində olan, xaricdəki ağalarının maliyyələşdirdiyi telekanalda özünü aparıcı kimi aparmağa çalışsa da, bu vərdiş onda qətiyyən alınmır. Görməmiş kimi, müsahibə aldığı “dahilərin” də əvəzində özü danışır, sərsəm fikirlərini cəmiyyətə aşılamağa çalışır. Ay bədbəxt, adi jurnalistika qayda-qanunlarından xəbərin olsaydı, onda bilərdin ki, aparıcının da dinləmək mədəniyyəti olmalıdır.

Bu həmin İsa Sadıqov deyil ki, müharibədən yenicə çıxmış bir ölkədə qolunu çırmalayıb ordu quruculuğuna kömək etmək əvəzinə küsüb ölkədən qaçmışdı? Xüsusilə də, həmin vaxtlar Azərbaycanda peşəkar zabitlərə böyük ehtiyacın olmasına baxmayaraq! Əgər İsa bəy vətənpərvər bir zabit olsaydı, gənc zabitlərin hərbi vərdişlərə yiyələnmələri üçün əlindən gələni əsirgəməzdi. Bu “qəhrəman” haqqında bu yaxınlarda facebook səhifələrinin birində keçmiş döyüşçü öz ürək sözlərini bölüşmüşdü (https://www.facebook.com/watch/?v=1506805489450954 ). Ermənilər tərəfindən Novruz bayramı münasibətilə təbrik edilən “azərbaycanlı”

http://golosarmenii.am/article/78130/predstaviteli-armyanskoj-diaspory-norvegii-pozdravili-azerbajdzhanskogo-polkovnika-isu-sadykova-s-navruz-bajram?fbclid=IwAR1MQcP8i6shFwLhvMvHQ1rq4Fl2LQNXxsg-wYQu4zF34rnEmuN1KlDTR7Y )

heç vaxt öz Vətəninə xidmət etməyəcəkdir. Ümumiyyətlə, bu tipli məxluqlarda “Vətən sevgisi” anlayışı olmayıb, olmayacaq da. Puluna minnət: ver – istədiyini al!

Keçmiş millət vəkili Hacı Əbdül Əbdülov, Sərdar və Qurban Məmmədov qardaşları haqqında fikirlərini bölüşərək bildirib ki, onlar müxalifətçi kimi özlərini təqdim etsələr də bitkin iradə sahibi deyillər. Kimlər daha çox pul versələr, onların sifarişlərini yerinə yetirirlər.( http://www.unikal.org/news/183966 ) Qurban Məmmədov Londona ona görə sığınıb ki, orada anti Azərbaycan qüvvələri fəallaşıb və orada şərəfsizcəsinə öz çirkin əməllərini yerinə yetirir.

Beləliklə, Qurban Məmmədov intihar edən birinə oxşayır, nə cənnətdə nə cəhənnəmdə yeri var. Nə öz dönüklərinin arasında özününki hesab edilir, nə də cəmiyyətdə normal bir insan kimi qəbul edilir.

İsgəndər bəyin haqqında da nəsə yaxşı söyləmək qeyri-mümkündür. Ataların bir məsəli var, deyirlər ki, nə yaxşı Allah filə qanad verməyib. İsgəndər kimiləri hakimiyyətdə çox qalsaydı, bu zavallı xalqın başı nə qədər   bəlalar çəkmiş olacaqdı. O daxili işlər naziri kimi mühüm bir postda çalışanda qanundan kənar yüzlərlə hərəkətə əl atdı. Bunu həmin dövrün şahidi olanlar da yaxşı xatırlayır

  ( http://savash.org/index.php?newsid=2328)

http://azpolitika.info/?p=89578 ).

Qurban Məmmədovun 2013-cü ildə prezidentliyə namizədliyini irəli sürməsini xatırlayanlar var yəqin. Cəmiyyətdə heç bir sosial elektorata malik olmadığını başa düşəndə, Qurban “bəy” müxtəlif təxribatlara əl atdı və cinayət əməllərinə görə həbs edildi. Gülməli odur ki, hətta həbsxana mühiti də belə bu adamı islah edə bilmədi, cəmiyyətə yetərli vətəndaş olmadığını düşünəndə isə yenidən müxalifət düşərgəsinə sığınmağa, özünü siyasi məhbus kimi tanıtmağa çalışdı. “Demokratik Qüvvələrin Milli Şurası” onun rəhbərliyi altında yaranmasına baxmayaraq, öz əqidə yoldaşları ilə yola getmədi və bu təşkilatdan da qovuldu.

Vaxtilə onunla bir sırada olan sabiq millət vəkili Gültəkin Hacıbəyli bir gün cəsarətlənib Qurban bəyi teledebata çağırır. Qurban bəy isə xalqın içərisində yenə rüsvay olacağını düşünərək onunla öz telekanalında görüşmək iddiasını irəli sürür. Dünya mətbuatında görünməyən təcrübədir ki, sən öz himayəndə olan telekanalda kimi isə debata dəvət edirsən.

Qurban Məmmədov son bir neçə ildə  bir ölkədən başqasına bəlkə yüz dəfə səfər edib, soruşmaq lazımdır ki, bu boyda vəsaiti haradan tapırsan? Deməli, kimlərinsə, dövlətçiliyimizə qənim kəsilən hansısa qüvvələrin sifarişini icra edirsən. Qurban bəy, bir həqiqəti unutmaq lazım deyil ki, xalqın gözünə kül üfürmək olmaz. Azərbaycan xalqı yaxşını-pisi görüb özü qiymət verir.

Bu gün suveren dövlətimiz etibarlı lider tərəfindən bacarıqla idarə olunur. Son 15-16 ildə xalqımız misilsiz uğurlara şahid olub. Dövlətimiz bütün sahələrdə inkişaf edir, uğurlarını artırır. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə sübuta yetirib ki, dövlətimizin siyasi kursunun mərkəzində vətəndaşların taleyi dayanır. Əbəs deyil ki, beynəlxalq səviyyədə tanınmış ekspert və analitiklər də inkişafımızı qiymətləndirirlər. Artıq Azərbaycan regionda elə bir söz sahibidir ki, heç bir beynəlxalq layihə onun iştirakı olmadan gerçəkləşə bilməz.

Azərbaycan ordusunun hərbi qüdrətinə kölgə salmağa sənin heç mənəvi haqqın da çatmır, çünki sənin doğmaca qardaşın oğlu Rasim Əbdül oğlu Məmmədov bu qüdrətli ordunun peşəkar zabitlərindən idi və 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuşdu. O, sənin soyadını daşımağına baxmayaraq igid, vətənpərvər bir zabitimiz idi. Məgər   şəhid qardaşın oğlunun ruhu səni narahat etmirmi?!

Telman Orucov,

Ehtiyatda olan zabit

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO