“Onu etməyə cəsarət lazımdır…”
Müğənni Şəbnəm Tovuzlu Xalq artisti Tünzalə Ağayevanın ünvanına sərt sözlər deyib.
Rakus.az xəbər verir ki, o, həmkarının “Toy müğənnisi ilə aramda fərq olmalıdır” sözlərinə əsəbiləşib:
“22 yaşımdan toy aparıram. İndi toy da aparıram, “Yaşıl Teatr”da konsert də verirəm. Tünzalə Ağayeva sevdiyim insandır, yerlimdir. Amma ifasını dinləmirəm. Mənim fikrim xalq, toy mahnıları, muğamlarımızdır. Bu cür sənətkarlarımız toy müğənnilərini qrupa böləndə nə olur? Məndən böyükdür, hörmət edirəm. Söz deyəndə acıqlarına gəlir, susanda isə çox danışırlar.
Zamanında Xumar Qədimovanı, Nazpəri Dostəliyeva, Könül Kərimova, Mətanət İsgəndərlini dinləmişəm. Onlar toy müğənniləridir? Amma onlar toyu söküb-dağıdan, insanların sevgisini qazanan ifaçılardır. Hansının hörməti yoxdur? Bölürlər: A, B kateqoriyası, elit toy ifaçısı… Mən də o mikrofonu əlimə alıb, toy aparıram. Onu da etməyə cəsarət lazımdır.
Toya gedən müğənnilər var ki, ayaqlarının altında qurbanlar kəsirlər. Ola bilər pop oxumuram, amma səs imkanım buna yol verir. Amma mənə yaxşı yaşayış bəxş edən toydur, bu yolu da seçmişəm”.