“OPEC+” üzrə öhdəliklər 113% yerinə yetirilib
Neft hasilatının ixtisarına dair “OPEC+” sazişinə üzv ölkələr 2021-ci ilin martında sutkada 39,79 milyon barel neft hasil ediblər ki, bu da fevrala nisbətən sutkada 0,27 milyon barel çoxdur.
Rakus.az Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir ki, hasilatın ixtisarı ilə bağlı razılaşma martda 113% yerinə yetirilib. Bir ay əvvəl bu göstərici 112% olub.
“OPEC+” sazişinə “OPEC” ölkələri ilə yanaşı təşkilata üzv olmayan 10 neft istehsal edən ölkə daxildir.
Məlumata görə, “OPEC” ölkələri neft hasilatını sutkada 21,02 milyon barelə azadıblar (planın 124%-i).
“OPEC”ə üzv olmayan saziş iştirakçıları isə planı 93% yerinə yetirərək hasilatı 14.7 milyon barelə endiriblər.
Belə ki, “OPEC” üzvü olan Səudiyyə Ərəbistanı martda hasilatı fevralda olduğu kimi, 8,12 milyon barel səviyyəsində saxlayıb. “OPEC”ə üzv olmayan Rusiya isə mart ayında 9,33 milyon barel hasil edərək planı 95% yerinə yetirib.