Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin mayın 20-də keçiriləcək andiçmə mərasimində iştirak edəcək qonaqlar açıqlanıb.
Rakus.az xəbər verir ki, ölkəmizi tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.
Zelenskinin andiçmə mərasiminə həmçinin Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri, Türkiyənin vitse prezidenti, Belarus, Rumıniya, Slovakiya və Bolqarıstanın baş nazirləri, ümumilikdə 40 ölkədən dövlət və hökumət nümayəndələri qatılacaq.