Dünya 12.02.2020 03:34

Səlcuqların yadigarı Toğrul qülləsi əyildi

İranın Rey şəhərində min ilə yaxın tarixə olan Səlcuq türk İmperatorluğu dövründən qalmış abidə əyilərək məhv olmaq təhlükəsi qarşısındadır.

Rakus.az xəbər verir ki, İranin Şəhrvənd (Shahrvand) qəzetinin verdiyi xəbərə görə, Toğrul qülləsi tarixi abidəsinin yayımlanan şəkillərində qüllənin yana əyildiyi göstərilir.

Bu barədə tarix mütəxəssisi olan Əhməd Əbuhəmzə Şəhrvənd qəzetinə məlumat veribdir. Ömrünün 25 ilini bu tarixi abidənin tədqiqat və araşdırılması ilə məşğul olan Əbuhəmzə qəzetə verdiyi müsahibədə qüllənin zərər görməsinin səbəblərini açıqlayıb.

“Tarixi abidə hər tərəfindən təhlikələrə məruz buraxılıb. Qülləyə yaxın mövqedə yeni metro qazıntıları və orada partlayışlar davam edir. Qüllə ətrafındakı Razi Mədəniyyət Mərkəzinin inşası və yeraltı suların tükənməsi nəticəsində baş verən torpaq çökməsi bu tarixi binanın əyilməsinin səbəblərindən ola bilər. Qülləyə yaxın mövqelərdə torpaq çökməsi nəticəsində 100 və 200 metr dərinlikdə çuxurlar meydana gəlibdir” – deyə, tarix tədqiqatçısı bildirib.

Tehran vilayətinin Mədəni İrs İdarəsinin müavini Ədibzadə bu barədə Şəhrvənd qəzetinə bildirib ki, Toğrul qülləsinin yana əyilməsi yeni mövzü deyil, iki il öncə də bu mövzü ortaya qoyulmuşdu amma yeni yayımlanan şəkillərin doğru olub-olmadığı incələnməlidir. “Əgər mütəxəssislərimiz yana əyilməni təsdiq edərsə təcilli tədbirlər görüləcəkdir”, o deyib.

Ədibzadənin sözlərinə görə tarixi qüllənin vəziyyətinə təsirli ən önəmli amil yeraltı su səviyyəsinin düşməsidir. O bu barədə mütəxəssislərin araşdırmalar aparacağını söyləyib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, “qüllənin yana əyilməsi 20 il öncədən başlayıb, ancaq rəsmilər bu barədə heç bir önləmi tədbir almayıb və son günlərdə məsələnin yenidən mətbuata qaldırılması ilə sadəcə mövzünü araşdırmağa başlayıblar”.

Nasirəddin Şah Qacar türk xanədanının dövründə ilk dəfə olaraq qüllənin qorunması üçün binada təmir işləri görülmüşdür.

24 bucaqlı və 20 metr boyunda olan Toğrul qülləsi Səlcuq İmperatorluğu dövründə inşa edilib. Tarixçilərin bir qismi bu abidəni Səlcuq sülaləsinin qurucusu Toğrul bəyin məzari kimi qəbul edir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO