“Özümü kasıb saymamışam…”
“Düzünü deyim ki, təhqir yazanlara ilk illər rəy bölümünə yox, “direct”ə yazırdım. Düzdür, təhqir də edirdim. Öz nömrəmi də qeyd edirdim”.
Rakus.az xəbər verir ki, bu sözləri müğənni Xəyyam Nisanov “MTV Azərbaycan”a müsahibəsi zamanı söyləyib.
O, sosial şəbəkədə ünvanına təhqir yazanları “internet qəhrəmanları” adlandırıb: “Kimsə sənə yazır, sən ona cavab verə bilməyəndə ağır gəlir. Bilirəm ki, o heç vaxt mənə cavab verməz. Bu qəhrəmanların içində 10-15 nəfər olub. Başa düşdüm ki, onlar sadəcə “internet qəhrəmanları”dır. Mənim ağır sözümdən sonra onlar mənə cavab verə bilməyiblərsə, ondan sonra nədən danışasan ki? Son 3 ildir belə şəxsləri “qara siyahı”ya atıram”.
X.Nisanov şou-biznesdə kasıb müğənninin olmadığını da açıqlayıb: “Ümumiyyətlə, ucuz müğənni yoxdur, onu demişəm. Maşallah olsun, ölkəmizdə olan müğənnilərin hamısı varlıdır. Odur ki, bahalı müğənni nə deməkdir, bilmirəm. Amma ki, mən heç vaxt özümü kasıb saymamışam. Azərbaycanda heç bir müğənni də özünü kasıb saymamalıdır. Hamının yetəri qədər işi var. Ruzini verən Allahdır. Toyları da, tədbirləri də olur. Onu mən bilirəm. Rahat deyə bilərəm ki, hamının işi çox yaxşıdır”.