Pakistanda 22 nəfər öldü, 100-dən çox insan yaralandı - FOTO
Pakistanın Pəncab vilayətinin Attok şəhərində yol qəzası nəticəsində ən azı 13 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Rakus.az xəbər verir ki, Lahor istiqamətində hərəkətdə olan avtobusun sürücüsü sürüşkən yolda idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb. Avtobusda 59 nəfər olub. Hazırda hadisə yerində xilasedicilər çalışır.
Pəncab vilayətdə baş verən digər qəzada da xeyli sayda ölən və yaralanan var. Sərnişin və yük qatarların toqquşması nəticəsində ən azı 9 nəfər ölüb, 67 nəfər xəsarət alıb. Kvettadan Lahor istiqamətində hərəkət edən sərnişin qatarı Rahimyar-Har şəhərində dayanmış yük qatarına çırpılıb. Yaralananlar arasında 9 qadın, 11 uşağın olduğu bildirilir. Ölənlərin sayının artacağı ehtimal edilir.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.