Şou 02.01.2020 14:57

Pakistanlı ulduz Bakıya qaçdı - FOTO

Pakistanlı “TikTok” ulduzu (TikTok-qısa videoların yayılması üçün sosial şəbəkə platformasıdır, son vaxtlar dünyada sürətlə populyarlaşır) Harem Şah ölkəsini tərk edərək Azərbaycana qaçıb. Və buradan Kanadaya getməyə hazırlaşır.

Rakus.az xəbər verir ki, Harem Şah hazırda Bakıdadır və Kanada vətəndaşlığı üçün müraciət edib. “Mən Kanadaya uçacağam, çünki Kanada vətəndaşlığı üçün ərizə vermişəm və Pakistana geri qayıtmaqla bağlı heç bir planım yoxdur. Mən Bakıdan Kanadaya uçacağam”, – o sosial şəbəkələrdə bildirib.

Harem Şah Peşəvər şəhərinin kasıb rayonlarından birində anadan olub, o, universitet tələbəsi idi. Lakin təhsili yarımçıq qoyub və sosial şəbəkələrdə karyera qurmağa başlayıb. Yaraşıqlı olduğu üçün o, Facebook-da sürətlə populyarlaşıb. Habelə TikTok platforması üzərindən videolar paylaşmağa başlayıb.

Harem Şahın  Pakistanın məşhur şəxsləri ilə bağlı videoları internetdə virus kimi yayılıb. Xüsusən də onun nazirlərlə və hökumət məmurları ilə, o cümlədən Baş Nazir İmran Xanla videoları böyük populyarlıq qazanıb. Bir neçə həftə əvvəl Harem Şah Baş Nazirin ofisindən video paylaşıb. Həmin videoda o, İmran Xanın kreslosunda oturur, hökumət binasının konfrans zalında görünür. Habelə bundan əvvəl Harem Şah Xarici İşlər Nazirliyinin binasından video paylaşıb və hökumət bu video ilə əlaqəli araşdırma başladıb. Paytaxtın ən mühüm hökumət binalarından birinə sosial şəbəkə ulduzunun kim tərəfindən buraxıldığını araşdırmaq üçün.

Harem Şahın baş nazirin ofisindən video paylaşması da qalmaqal yaradıb. Onun hökumət başçısının ofisinə necə keçdiyi, kimlərin belə şərait yaradığı məlum deyil.

Növbəti qalmaqal isə Pakistanın federal dəmiryolları naziri Şeyx Rəşidlə bağlı yaşanıb. Belə ki, Harem Şahın adından sosial şəbəkədə yayılan videoya əsasən o, nazirlə videozəng vasitəsilə danışır. Söhbətin bir məqamında Harem Şah nazirin ona göndərdiyi intim videoları xatırladır və Şeyx Rəşid dərhal söhbəti kəsir, videoəlaqə dayanır.

İndi pakistanlı sosial şəbəkə ulduzunun Bakıdan bildirdiyinə görə, bəzi adamlar onun adından bir neçə saytlarda və sosial şəbəkələrdə saxta hesablar yaradaraq təbliğat aparırlar. “Həmin saxta hesablar üzərindən yayılan informasiyaların mənə dəxli yoxdur. Mənim təkcə bir hesabım var-“Hareem Shah Official”. İnternetdə iddia etdikləri kimi, mənim baş naziri təhdid etdiyim haqda deyilənlər də uydurmadır”, – o bildirir.

Dəmiryolları naziri ilə bağlı videoya gəldikdə isə Hareem Şah deyir ki, nazir iki gün əvvəl onunla əlaqə saxlayıb və həmin videonun yayılmasına görə qəzəblənib. O isə deyib ki, həmin videonu özü yaymayıb və kimlərin bunu internetə sızdırdığını bilmir. (axşam.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO