Papa SÜLH üçün ayaq öpdü - FOTO
Katoliklərin mənəvi lideri Papa Francis, Vatikanda qəbul etdiyi Cənubi Sudan nümayəndə heyətinin liderlərinin ayaqlarını öpərək ölkələrində sülhün davam etməsini diləyib.
Rakus.az xəbər verir ki, Papanın bu gözlənilməz hərəkəti Cənubi Sudan prezidenti Salva Kiir Mayarditin və nümayəndə heyətindəki müxalifət liderlərinin Vatikana səfəri zamanı baş verib. Papa görüş zamanı yerə əyilib Cənubi Sudan hökumətinin nümayəndələrinin ayaqlarını tək-tək öpüb. Papanın köməkçilərinin yardımıyla çətnliklə əyildiyi diqqət çəkib.
Papa Cənubi Sudanlı nümayəndələri ölkələrindəki böhranın təkrar vətəndaş müharibəsinə çevrilməməsi üçün dərhal hərəkətə keçməyə çağırıb.
Papa Francis, “Mən qardaşlarımın sülh içində olmasını diləyirəm. Bütün qəlbimlə söyləyirəm; artıq irəliyə getməliyik. Bəli, çox böyük problemlər var, amma bizi məğlub edə bilməzlər. Problemlərinizi həll edin”.
Qonşu Sudan dövlətindəki hərbi zərbəni də xatırladan Papa, sülhün qorunması və atəşkəs razılaşmasının davam etməsinin lazım olduğunu ifadə edib.
Papa həmçinin Cənubi Sudanlı səlahiyyətliləri sülhə qatqı təmin etmək üçün Vatikanda 24 saat qalıb dua oxumağa dəvət edib