Fransanın Paris şəhərində miqrantlar artıq bir həftədir iğtişaşlar törədirlər.
Rakus.az xəbər verir ki, karantinə görə əksər fransalılar evlərində oturduqları halda, Parisin şimalında miqrantlar axşamlar çölə çıxaraq, havaya atəş açır, maşınları yandırırlar.
Bildirilir ki, məcbur qalan polis gözyaşardıcı qazdan istifadə edir.
Beş polis əməkdaşının yaralandığı, yeddi gənc miqrantın tutulduğu qeyd olunur. Onların mikroavtobusu partlatmağa cəhd etdikləri deyilir. Bundan əvvəl həmin şəxslər məktəb binalarını yandırıblar.
Paris meri asayişi bərpa etmək üçün kifayət qədər vəsait olmadığını deyib.