Fransanın paytaxtı Parisdə vətəndaşlar “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası keçirir.
Rakus.az xəbər verir ki, nümayiş jurnalist həmkarlar ittifaqlarının çağırışı ilə keçirilir.
“Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə əsasən, əməliyyat zamanı polis və ya jandarma nümayəndəsinin kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə, yaxud bir il müddətinə həbs cəzası nəzərdə tutulur.
Jurnalistlərin həmkarlar ittifaqları və hüquq müdafiəçiləri isə bu müddəanın jurnalistlərin və sadə vətəndaşların polis məmurlarını lentə almasını və polis zorakılığını qeydə almalarını mümkünsüz edəcəyini düşünür.