YENİLƏNDİ: Parlament binasında 2 terrorçu saxlanıldı - FOTO
Türkiyədə parlamentin binasına daxil olmaq istəyən 2 terrorçu saxlanılıb.
Rakus.az xəbər verir ki, bir qadın və bir kişi parlamentin binasına gələrək Cümhuriyyət Xalq Partiyasının deputatı Mahmut Tanalın onları qəbul edəcəyini bildiriblər.
Təhlükəzislik qüvvələri sözügedən şəxslərin üzərini yoxlayarkən onlar üzərlərində olan karandaşın ucuna bərkidilmiş ülgüclə bir nəfəri girov götürməyə çalışıblar, lakin təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdiriliblər.
Saxlanılan şəxslərin “İnqilabçı Xalq Azadlıq Partiyası – Cəbhə” (DHKP-C) terror təşkilatı ilə əlaqəlirinin olduğu qeyd edilir.
04:33
Türkiyə Böyük Millət Məclisi (TBMM) əməkdaşını girov götürməyə cəhd edən iki terrorçu təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən həbs olunub.
Rakus.az xəbər verir ki, “DHKP-C” terror təşkilatı ilə əlaqəli olduqları bildirilən terrorçulardan biri qadındır. Onlar mayın 14-də günorta saatları TBMM-in giriş qapısına gələrək millət vəkillərindən biri ilə görüşmək üçün vaxt aldıqlarını bildiriblər.
Təhlükəsizlik yoxlaması zamanı onların üstündən partlayıcı düzəltmək üçün ləvazimat və kəsici alətlər aşkarlanıb. Terrorçuların parlamentdə çalışan bir əməkdaşı girov götürmək cəhdi baş tutmayıb.
Faktla bağlı terrorçuluğa cəhd ittihamı ilə cinayət işi başlanıb.