Parlamentin hökümətin yeni tərkibini təsdiqləyəcəyi gün məlum oldu
Gürcüstan Parlamentinin hökümətin yeni tərkibini təsdiqləyəcəyi gün məlum olub.
Rakus.az xəbər verir ki, parlament hökumətin yeni tərkibinin təsdiqlənməsi üçün həftə sonu işləyəcək. Şənbə günü iş fraksiyalarda olacaq, bazar günü isə plenar iclasda səsə çıxarılacaq.
Gürcüstan Parlamentinin sədri Archil Talakvadze bildirib ki, hökumət proqramı və kabinetin tərkibi etimad səsverməsindən əvvəl komitələrdə və fraksiyalarda müzakirə ediləcək.
“Sabah komitə müzakirələrinə başlayacağıq. Bütün maraqlı tərəflərin proqramla tanış olmaları və komitə müzakirələrinə hazırlaşması üçün kifayət qədər vaxt olacaq və komitə müzakirələri paralel olaraq baş tutmayacaq. Komitə iclasları dörd blokda keçiriləcək. Bu, xarici blok, sosial blok, ədalət və hüquq mühafizə bloku və iqtisadi blokdur. Bütün bunlar iki gün davam edəcək. Bundan sonra fraksiyalarla görüşlər olacaq və iki gün ərzində fraksiya iclasları keçiriləcək. Bu, qaydalarla müəyyən edilib “, – deyə Arçil Talakvadze bildirib. (apa.az)