Dünya 13.07.2020 14:17

Paşinyan daxili gərginliyi azaltmaq üçün təxribata əl atır – Deputat

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Qeyd edilib ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Ermənistan tərəfinin törətdiyi təxribat nətıcəsındə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, 4 nəfər isə yaralanıb.

Paşinyan daxili gərginliyi azaltmaq üçün belə addım atır. Əlbəttə, ordumuz kifayət qədər güclüdür və düşmən qüvvələri qətiyyətlə geri otuzdurulub.

Rakus.az xəbər verir ki, bu barədə deputat Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ermənistanı iqtisadi böhran bürüyüb və digər tərəfdən də koronavirus pandemiyası baş alıb gedir. Ona görə də daxili auditoriya üçün belə bir addım atır:

“Eyni zamanda Ermənistan dövlət sərhədini pozaraq Azərbaycanı təxribata çəkmək və kollektiv təhlükəsizlik iştirakçılarının diqqətini bu istiqamətə yönəltmək istəyir. Əlbəttə biz çox soyuqqanlı olmalıyıq. Ali Baş Komandamız cənab İlham Əliyev bütün situasiyanı düzgün şəkildə qiymətləndirir. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Sadəcə olaraq bu Paşinyanın daxili auditoriyada manevr etmək addımlarıdır. Eyni zamanda qeyd etdiyim kimi Azərbaycanı təxribata cəlb etmək istəyir.

Azərbaycan Ordusu bütövlükdə dünyanın ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusunun nəyə qadir olduğunu 2016-cı il aprel döyüşləri və 2018-ci ildə Naxçıvandakı əməliyyatda sübut edib. Eyni zamanda bütövlükdə orduda olan ruh yüksəkliyi və digər tərəfdən çox müasir silahlarla təchiz olunması baxımından Azərbaycan Ordusu çox qüdrətli ordudur. Lakin hər bir addımın öz məqamı var. Ali Baş Komandamız bütün addımları zərgər dəqiqliyi ilə ölçür-biçir. Hazırda soyuqqanlı yanaşmaq və düşmənə birdəfəlik sarsıdıcı zərbə vurmaq məqamını düşünmək lazımdır”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO