Təhlil 04.09.2025 22:29

Paşinyan azərbaycanlıların qayıdacağı “yeni Ermənistanı” qurmalıdır - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Qərbi Azərbaycan məsələsi Bakının gündəmindən çıxmayıb” adlı süjetdə bu il avqustun 8-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilən görüşündən və əldə olunan razılaşmalardan bəhs olunur.

Bildirilir ki, bu görüş tarixi əhəmiyyətə malikdir: “Vaşinqton razılaşmasında ən mühüm məqam Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü bütün tələblərin qəbul edilməsidir. Bu, Əliyev, Paşinyan və Trampın imzaladığı Birgə Bəyannamədə öz əksini tapır”.

Qeyd olunur ki, yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması zəruridir: “Təsadüfi deyil ki, Ermənistanda bunu İrəvanın Azərbaycana təhvil verilməsi kimi qiymətləndirirlər. Azərbaycanlıların öz yurdlarına qayıdışı nə siyasi, nə də ərazi iddiadır. Bu, humanitar problemdir və beynəlxalq hüquqa görə, soydaşlarımız qaçqın statusuna malikdir. Onların qayıdışı da beynəlxalq hüquqa əsasən humanitar problemin həlli deməkdir. Bu baxımdan, Qərbi Azərbaycana qayıdış məsələsinin Bakı və İrəvan arasında ikitərəfli şəkildə müzakirə olunacağı və yekun sülh sazişinin imzalanmasından sonra həll ediləcəyi gözləntisi böyükdür”.

Ermənistanda yekun sülh sazişindən sonra Bakının bir sıra tələbələrinin ikitərəfli şəkildə müzakirə olunacağı və qəbul ediləcəyi fikrindədirlər. Belə ki, erməni ictimai xadim Husik Ara, ekspert Artur Martirosyan, jurnalist Artur Ayrapetyanın sözlərinə görə, Zəngəzur İrəvanın təhvil verilməsinin siqnalıdır. Növbəti mərhələdə azərbaycanlıların qayıdışı aktuallaşacaq. İlham Əliyevin tələbi ilə Ermənistan Konstitusiyası dəyişdiriləcək. Lakin bu, son deyil. Daha sonra hazırda Ermənistanda olan bir sıra ərazilər qaytarılacaq, Qərbi Azərbaycan ideyası altında azərbaycanlıların geri qayıtması baş verəcək”.

Sonda vurğulanır ki, Ermənistan sülh sazişinin önündəki əsas maneə olan Konstitusiya dəyişikliyini gələn il həll etməyi planlaşdırır: “Bundan sonra yekun sülh sazişi imzalanacaq. Bu o deməkdir ki, tarixi torpaqlarımıza qayıdış da yaxındadır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 4-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 06.09.2025 23:39
“İrəvan xanlığının 413 unudulmuş xörəyi süfrəmizə qayıtdı” - VİDEO
Siyasi, Sosial / 05.09.2025 22:36
“Boğazımdakı əti erməni həkim qışqırda-qışqırda kəsdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.09.2025 14:22
“Qoşabulaq suyundan doyunca içəcəm” – Alay Quliyevin “Həyat Hekayəsi” – ANONS - FOTO
Təhlil / 04.09.2025 22:29
Paşinyan azərbaycanlıların qayıdacağı “yeni Ermənistanı” qurmalıdır - VİDEO
Siyasi / 04.09.2025 14:36
Paşinyan İrəvanı təhvil verir? – ANONS - VİDEO
Hərbi / 04.09.2025 11:34
Zəfər müjdəli Vətən müharibəsi: Dövlətçilik tariximizin dönüş nöqtəsi – MƏQALƏ
Mədəni, Siyasi / 03.09.2025 23:39
İrəvanda Azərbaycan diplomatlarının ağlasığmaz fəaliyyəti  - VİDEO
Siyasi / 03.09.2025 14:38
İrəvanda müsəlman mübarizəsi – ANONS
Siyasi, Sosial / 02.09.2025 23:16
Aşağı Novruzlu, Aşağı Pirtikan, Aşağı Talin toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 02.09.2025 18:33
“Ermənistan öz xalqının təbiətinə zidd olan dövlətdir” - FOTO - VİDEO
Sosial / 02.09.2025 14:12
XIX əsri yaşadan kənd – ANONS  - VİDEO
İqtisadi, Müsahibə / 02.09.2025 13:46
Azərbaycanın qlobal iqtisadiyyatda böyük rolu – ANONS
Hərbi, Mətbuat / 11.08.2025 17:16
“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı Naxçıvan kitabxanalarına paylanılıb - FOTO - VİDEO
Siyasi, Təhlil / 31.07.2025 22:51
Ermənistan İrana, Rusiyaya, eləcə də Avropadakı müttəfiqi Fransaya “pas” atır - VİDEO
Təhlil / 31.07.2025 14:47
Paşinyanın pərdəarxası oyunu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 30.07.2025 23:57
“Azərbaycanlı nazir Parisə getmək üçün istefa verdi” - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 30.07.2025 16:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı – TAM MƏTN - FOTO - VİDEO
Elm və təhsil / 30.07.2025 14:50
SSRİ-ni qorxudan irəvanlı filosof – ANONS - VİDEO
Siyasi, Sosial / 29.07.2025 23:30
Aşağı Gözəldərə, Aşağı Güllüdüz, Aşağı Molla Saflar, Aşağı Necili – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 29.07.2025 18:36
“İrəvanda azərbaycanlıların evləri xəstəxana edilib” - FOTO - VİDEO
Sosial / 29.07.2025 14:22
Xaricdən gələn ermənilərin özəlləşdirdiyi türk məkanı – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 29.07.2025 13:37
“Qəmərli kəndi babamın soyadını daşıyır” – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 28.07.2025 23:27
“Qərbi azərbaycanlıların deportasiyasını dilə gətirmədən Qarabağdakı faciələri izah etmək mümkün deyil” - VİDEO
Elm və təhsil, Mədəni / 26.07.2025 23:26
“Gəlinin evə girişi – qədim türklərdə mistik mərasim” - VİDEO
Siyasi, Sosial / 25.07.2025 21:51
“Deportasiya cücərtilərini 1986-cı ildən hiss edirdik” - FOTO - VİDEO
Hərbi, Video müsahibə / 25.07.2025 18:02
“Əsl jurnalist ömrü bitmir…” - FOTO - VİDEO