Dünya 08.12.2023 15:50

“Erməni yazıçısı: Ermənistanda yaşayanlar ermənilər deyil, əsl hindlilərdir” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, süjetdə bu il noyabrın 30-da Azərbaycan- Ermənistan sərhədində delimitasiya komissiyasının iclasında müzakirə olunan məsələlərdən Ermənistan ictimaiyyətinin narahatlığına, yazıçı Vaham Sahakyanın erməniləri gülünc ideyaları təbliğ etməməyə çağırmasına yer verilir.

Yazıçının sözlərinə görə, dünyada cəmi 200 min erməni var: “Mənim həyətimdə yaşayanlar ermənilər deyil, əsl hinduslardır. Bütün İrəvan hindlilərlə doludur. Yutubda ermənilər kanallar açıb orada axmaq fikirləri psixopatlar paylaşırlar. Hər zaman Azərbaycan və Türkiyə haqqında sərsəm şeylər danışırlar. “Böyük Ermənistan” sayaqlaması axırda erməniləri Vətənsiz qoyacaq”.

Qeyd olunur ki, indi barışıq və sülh istəyənlərin sayı artmaqdadır və bu əhval əsasən Azərbaycanla sərhəd kəndlərdə daha qabarıqdır. İllərdir qanunsuz şəkildə Azərbaycan ərazisindən otlaq, əkin kimi istifadə edən sakinlər gələcəkləri haqqında düşündüklərini bilmək üçün jurnalistlər Qazaxla sərhəd ərazilərdə olublar.

Onların araşdırmasına əsasən, bu məsələ ilə bağlı danışıqlar xəbəri ermənilərdə hiddət yaradıb, müxalifət meylli şəxslərin ciddi narahat olduqları bəlli olur: “Əminəm ki, onlar həm sərhədlərin delimitasiyası məsələsini, həm də Azərbaycan anklavları mövzunu müzakirə ediblər. Azərbaycan deyir ki, onların anklavları 30 ildir Ermənistanın işğalı altındadır və Ermənistan təzminat ödəməlidir.

Qarabağı itirəndən sonra mübarizə məntiqimiz dəyişdi. İndi öz ləyaqətimiz üçün mübarizə aparırıq. Vətənimi Azərbaycan ərazisi sayan adamın dövlət başçısı olmaq haqqı yoxdur. Nikol Paşinyanı nəzərdə tuturam. Belə adam özünü erməni saymamalıdır, bu hakimiyyət tam şəkildə sərt qanunlarla cəzalandırılmalıdır. Onun hakimiyyətdən məhrum etmək üçün əlimizdən gələni etməliyik.

İndi sülh içində yaşamaq mümkün olmayacaq, yaralarımız hələ təzədir və hələ sağalmayıb, Azərbaycan qalib ölkədir, azərbaycanlılarla yan-yana yaşamaq çox çətin olacaq, buna zaman lazımdır”.

Sonda vurğulanır ki, erməni ictimaiyyəti Azərbaycanla sülhə hələ hazır deyil: “Buna imkan verməyən əsas səbəbkarlar kilsə xadimləri, xaricdə oturub pul buraxan diaspora liderləri və beyni zəhərlənmiş siyasətçi, ictimai xadimlərdir. Ancaq ermənilər arasında Azərbaycanla sülh olmasa inkişafdan geri düşəcəklərini düşənlər də var. Ermənistanın dövlət kimi mövcudluğunu istəyən hər kəs təcili Azərbaycanla sülh bağlamağı, anklvaları dinc yolla qaytarmağı, öz vətənindən qovulan Qərbi azərbaycanlıların hüquqlarının bərpası və öz doğma torpaqlarına qayıdışına çalışmalıdr”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında dekabrın 8-də saat 15:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Dünya, Təhlil / 08.12.2023 15:50
“Erməni yazıçısı: Ermənistanda yaşayanlar ermənilər deyil, əsl hindlilərdir” - FOTO - VİDEO
Gündəm, Maraqlı, Müsahibə / 08.12.2023 13:28
“Sinifdə hamımız erməni dili dərsindən qaçırdıq” – Arifə Əhmədovanın “Həyat Hekayəsi” – ANONS
Dünya, Siyasi, Təhlil / 07.12.2023 14:42
Ermənilər: “Paşinyanı hakimiyyətdən məhrum etməliyik” – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 06.12.2023 20:07
“Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan - FOTO - VİDEO
Siyasi / 06.12.2023 12:16
Çar Rusiyasının Basarkeçər planı – ANONS - VİDEO
Dünya, İqtisadi / 05.12.2023 20:13
“Ermənilər: “Rusiya Ermənistandan qisas alır” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 05.12.2023 18:59
“Karen Dəmirçyan azərbaycanlılarla bağlı həqiqəti dediyi üçün güllələnib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Siyasi / 05.12.2023 14:24
Ermənilər yeni “qucaq” axtarır” – ANONS - VİDEO
Siyasi, Sosial / 05.12.2023 13:18
“Ağıllı ermənilər Göyçə və Zəngəzur kəndlərini tərk edirlər” – ANONS - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 04.12.2023 20:09
“Daşnaklardan müdafiə olunmaq üçün miili hökumətdən yardım istənilib”- MÜSAHİBƏ - FOTO - VİDEO
Hadisə, Maraqlı / 03.12.2023 19:55
İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü - FOTO - VİDEO
Mədəni, Sosial / 02.12.2023 23:48
“Yolumuz Qərbi Azərbaycandır” adlı tədbir keçirilib - FOTO
Mədəni / 02.12.2023 21:07
Göyçənin 1905-ci ildə yandırılan kəndi - FOTO - VİDEO
Gündəm, Mədəni / 01.12.2023 20:00
“1987-ci ildə məni ermənilər İrəvanda öz evimizə qeydiyyata salmadılar”
Gündəm, Maraqlı / 01.12.2023 13:32
“Qışda hokkey oynamaq üçün İrəvanda küçələri sulayardıq” – Tamerlan Əliyevin həyat hekayəsi – ANONS - VİDEO
Mətbuat / 01.12.2023 12:50
“Medianews.az” saytına yeni baş redaktor təyin edilib
Dünya / 30.11.2023 20:33
Qərbi Azərbaycana qayıdış qaçılmazdır – Ermənistanın iddiaları alt-üst oldu - FOTO - VİDEO
Siyasi, Təhlil / 30.11.2023 14:24
Ermənilərin “qaçqınlıq nağılı” – ANONS - VİDEO
Siyasi, Sosial / 29.11.2023 19:46
Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı - FOTO - VİDEO
Siyasi, Sosial / 29.11.2023 13:35
Barana niyə Noyemberyan və Tavuş oldu? – ANONS - VİDEO
Gündəm, Siyasi / 29.11.2023 11:45
Ermənistan UNESCO-nun müvafiq missiyasını qəbul etməlidir – BƏYANAT
Siyasi, Sosial / 29.11.2023 00:34
Ardanış kənd icmasına sədr seçilib - FOTO
Gündəm, Siyasi / 28.11.2023 20:00
Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 28.11.2023 19:14
“Qarabağ klanı erməni cəmiyyətində revanşizm toxumu səpir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Təhlil / 28.11.2023 15:31
Konqresin yanlış mövqeyinin etirafı – Vaşinqtondan Bakıya telefon zəngi – TƏHLİL
Siyasi / 28.11.2023 14:26
Zəngəzur boyunca kəndlər boşaldılır – ANONS - VİDEO