Pərvin Abıyeva ilə sevgilisinin sərgüzəştləri - FOTO - VİDEO
Aktrisa Pərvin Abıyeva sevgilisi eks-polis işçisi Murad Abdullayev haqqında danışıb.
Rakus.az xəbər verir ki, o, azxeber.com-a açıqlamasında özünü M.Abdullayevin işdən çıxarılmasında özünü günahkar görməyib.
O deyib: “Neçə gündür gözləyirəm ki, ara sakitləşsin, söhbət bir soyusun. Amma görürəm danışmasam olmur. Murad mənimlə sevgili oldugu üçün işdən çıxarılmayıb. Dəbdəbəli ad günü keçirdiyi üçün işdən çıxarılıb. Əlli nəfərlik məclis idi və orada hər sahədən insanlar var idi: Polisindən tutmuş modelinə kimi. Tanınmış simalar da çox idi. Normal olaraq insanlar doğum günü məclisinə yığışıb və özəl günü öz səhifələrində paylaşırlar. Mən isə heç bir şey paylaşmamışdım. Burada nə məni, nə də səhifəsində paylaşan insanları günahlandırmaq olmaz. Hər kəsin əqli şüuru var. Kiminsə də belə bir şey olacağı ağlına gəlməzdi. Qismət belə imiş… Oldu. Nə ailə dağıtmışam, nə də körpə uşağı atasız qoymuşam. Kaş belə olmazdı, özümdə zərrə qədər günah görmürəm. Hər qoyun öz ayağından asılır. Onu da deyim ki, sevgiyə görə nəinki işdən çıxmağa, ölməyə də dəyər”.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev M.Abdullayev “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozduğu üçün Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.
Bu arada aktrisa Pərvin Abıyevanın sevgilisi Murad Abdullayevin işdən çıxarılmağına səbəb olan ad günündən daha bir qalmaqallı video yayılıb.
Görüntülərdə kresloda əylən eks-polisin qarşısında rəqqasə Renka Ağamuradova və sevgilisi rəqs edir.
Bildirək ki, P.Abıyeva və M.Abdullayev bu ilin əvvəllərində tanış olub və onların yeni fotolarını təqdim edirik.