Rusiyada Seçenov adına Moskva Dövlət Tibb Universitetində koronavirusa qarşı vaksin sınaqlarından keçən könüllülərdən ibarət ilk qrup evə buraxılıb.
Rakus.az xəbər verir ki, onlar özlərini yaxşı hiss edirlər.
Preparat inyeksiya edildikdən sonra könüllülərdə başağrısı və yüksək temperatur müşahidə olunmuşdu. Lakin simptomlar cəmi bir gündən sonra yoxa çıxıb.
Könüllülərin ikinci qrupu iyulun 20-də evə buraxılacaq.
Sınaqlarda 38 nəfər iştirak edib. Onlar iki qrupa ayrılıb. Birincilər peyvəndin bir dozasını, ikincilər isə iki dozasını alıb.