Nyu-York şəhərinin Bruklin inzibati rayonu ərazisində dəfn bürosunun yaxınlığındakı yük maşınlarında onlarla çürümüş insan meyiti aşkarlanıb.
Rakus.az xəbər verir ki, Nyu-York ABŞ-da koronavirus epidemiyasının mərkəzi hesab olunur. COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilən xəstələrin sayının azalmasına baxmayaraq, virusdan gündəlik itkilərin miqyası yüksək olaraq qalır.
Bildirilir ki, ətrafda yaşayan sakinlər xoşagəlməz qoxudan polisə şikayət ediblər.
Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları içərisində onlarla çürümüş meyit olan yük maşınlarını aşkarlayıblar.
Yük maşınında tapılanlar koronavirusdan ölmüş insanlar olub.
Məmurlardan biri söyləyib ki, cəsədlərin yığıldığı dondurucu kamerada nasazlıq yaranıb və dəfn bürosu meyitləri yük maşınlarında saxlamaq məcburiyyətində qalıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.