Bakıda intihar hadisəsi qeydə alınıb.
Rakus.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Paytaxtın Nizami rayonunun M.Əliyev küçəsində asılmış vəziyyətdə kişi meyiti tapılıb.
İlkin araşdırma nəticəsində meyitin hadisə yerinin yaxınlığındakı ünvanda yaşayan 31 yaşlı Rafiq Əhmədova məxsus olması müəyyənləşdirilib.
Nizami Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
R.Əhmədovu intihara sövq edən səbəb müəyyənləşdirilib. Yaxınlarının dediyinə görə, intihar edən şəxs borc götürdüyü pulu geri qaytara bilməyib.
Bildirilib ki, R.Əhmədov Daxili işlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında çalışıb.
Xatırladaq ki, son səkkiz gün ərzində Bakıda altı intihar hadisəsi baş verib, 20-dən çox şəxs intihara cəhd edib.
12:52
Azərbaycanda polis intihar edib.
Rakus.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Ucar rayonunun Müsüslü kənd sakini, 1992-ci il təvəllüdlü Rafiq Əhmədov yaşadığı ünvandan özünü asaraq intihar edib.
İntiharın səbəbi məlum deyil.
O, Bakı şəhərində polis orqanlarında çalışıb.