Sosial şəbəkələrdə Çeçenistan Respublikasının şəhərlərinin birində polisin karantin qaydalarını pozan şəxsləri necə qovduğunu əks etdirən videokadrlar yayılıb.
Rakus.az xəbər verir ki, kadrlarda insanların həyətdə gəzdiyini, uşaqların isə bir-biri ilə oynadığını görmək olar.
Gözlənilmədən polis avtomobilinin sirena səsi eşidilir.
Polis maşını görən həyətdə sakit gəzişən insanlar təşvişə düşərək evlərinə qaçmağa başlayır.
Bir neçə saniyədən sonra çöldə insan qalmır.